AHİK-də Spartakiadanın qaliblərinə mükafatlar təqdim edilib
Tarix: 10.07.2014 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


İyulun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında mini futbol üzrə Beynəlxalq Spartakiadada iştirak etmiş yığma komandanın üzvləri ilə görüş keçirilib.
Görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mini futbol üzrə yığma komandasının iyunun 25-dən 29-dək İspaniyanın Palma de Malyorka şəhərində keçirilən Beynəlxalq Spartakiadada ikinci yeri tutduğunu bildirib. Qeyd edib ki, komandanın üzvləri əsasən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Beynəlxalq Bankının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dənizkənarı Bulvar İdarəsinin, Ombudsman Aparatının, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, “Azərlotereya” ASC-nin işçilərindən ibarət olub.
S.Mehbalıyev deyib ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda insanların, xüsusilə də gənclərin idmana cəlb edilməsinə, onların fiziki sağlamlıqlarının inkişafına və qorunmasına yüksək dərəcədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız istər dünya çempionatlarında, istərsə də Olimpiya oyunlarında idmanın əksər növləri üzrə yüksək yer tutur, Azərbaycanın dövlət bayrağını şərəflə ucaldırlar.
Bildirilib ki, AHİK və onun üzv təşkilatları tərəfindən də bu istiqamətdə bir sıra davamlı işlər görülür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması sahəsində konkret tədbirlərin həyata keçirilməsi, üzv təşkilatların bu sahədəki fəaliyyətlərinin canlandırılması, həmkarlar ittifaqı üzvlərinin sağlamlığının möhkəmləndirilməsi, bu məqsədlə onların idmana cəlb olunması üçün müntəzəm olaraq respublika spartakiadaları təşkil edir.
Görüşdə qeyd edilib ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Spartak" İdman Cəmiyyəti ilə birlikdə Bakının Ramana qəsəbəsində yerləşən gənc əlillərin əmək və istirahət evinin sakinləri arasında ildə iki dəfə - Novruz bayramına və Beynəlxalq Əlillər Gününə həsr olunmuş stolüstü idman növləri üzrə yarışlar keçirir və qalibləri mükafatlandırır.
Yarışların bütün iştirakçıları, hətta iştirak etməyən yataq xəstələri də bu tədbirlərdə yad edilir, onlara maddi yardımlar göstərilir, idman ləvazimatları hədiyyə olunur. Komitə tərəfindən son beş ildə bu tədbirlərin keçirilməsinə otuz min manatdan artıq vəsait xərclənib.
Sonda AHİK-in sədri, Milli Məclisin deputatı S.Mehbalıyev Beynəlxalq Spartakiadada ikinci yeri tutmuş komandanın üzvlərinə pul mükafatını, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova isə yığmanın layiq görüldüyü kuboku təqdim edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Liverpul“ və “Çelsi“ uduzdu
17.09.2019
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17.09.2019
Çempionlar Liqasında qrup mərhələsi başlayır
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info