ABŞ jurnalistləri ölkədəki senzuradan Obamaya şikayət edirlər
Tarix: 10.07.2014 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


“Washington Examiner”: “Obama administrasiyası mətbuat azadlığını kritik həddə məhdudlaşdırıb”

Amerikada 38 müxtəlif kütləvi informasiya vasitəsi əməkdaşının bir araya gələrək yazdığı məktubda qeyd edilir ki, ABŞ hökumətinin informasiya əldə etməyi məhdudlaşdırması ilə bağlı səyləri kritik həddə çatıb. ABŞ-ın peşəkar jurnalistlərini birləşdirən təşkilat adından yazılan məktubda ABŞ prezidenti Barak Obamanın administrasyası “xəbər informasiyasına siyasi motivli təzyiqə görə” kəskin tənqid edilir. Bu barədə “Washington Examiner” qəzeti bildirir. Qeyd edilir ki, Barak Obama administrasiyasının informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması səyləri kritik nöqtəyə çatıb, halbuki Obama seçkiöncəsi vədində bildirmişdi ki, media açıqlığına böyük imkan yaradacaq. Nəşr xəbər verir ki, KİV üçün böyük açıqlıq və şəffaflıq yaratmaq əvəzinə, ABŞ prezidenti lobbi qrupları, “mənfəətpərəst” şəxslər, həmçinin “vəsaiti olan şəxslər” üçün imkanlar yaradıb. Jurnalistlərin fikrincə, bu gün ABŞ administrasiyasının siyasətinə skeptizm bəslənilməsində dövlət başçısı Obamanın özü günahkardır. Peşəkar Jurnalistlər Cəmiyyətinin prezidenti Devid Kallier bildirib: “Bu böyük narazılığın mənbəyi sizin öz administrasiyanızdan heç də uzaqda yerləşmir”. Onun fikrincə, amerikan prezidenti administrasiyasının fəaliyyətindən yaranan narazılıqların səbəbi “dövlət qulluqçuları və federal agentliklərin fəaliyyəti barədə xəbər və digər informasiyalara siyasi motivli məhdudiyyət qoymaqdır”.Amerikan KİV-inin əməkdaşları, eyni zamanda ABŞ hökumətindəki dövlət qulluqçularının onlarla münasibət qurmasına qoyulan qadağadan şikayətlənirlər. Bundan başqa, onlar təsdiq edirlər ki, sualları tez-tez cavabsız qalır, daha tənqidçi jurnalistlər isə qara siyahıya salınır.

Özgələrinə bu məsələdə dərs keçməyə çalışan ABŞ administrasiyası mətbuata məhdudiyyət qoyduğuna görə indi media tərəfindən ciddi tənqid olunur, ittiham edilir. Amma maraqlı və həm də “başadüşüləndir” ki, dünyada sözügedən sahə ilə bağlı fəaliyyət göstərən “watchdog“lar – “gözətçi itlər”, yəni “söz azadlığını müdafiə edən” xarici QHT-lər ABŞ-la bağlı susurlar və heç bir tənqidi hesabat hazırlamağa cəsarət etmirlər

Buradan isə belə bir qənaətə gəlmək mümkündür ki, ABŞ-da mətbuat və söz azadlıqları ilə bağlı indiyə qədər latent qalan çox ciddi problemlər mövcuddur. Belə ki, bu ölkə siyasiləri tez-tez digər ölkələrdə “söz azadlığına, mətbuata qoyulan qadağalar”, məhdudiyyətlər”dən dəm vururlar, amma özlərində bu barədə mövcud olan real və ciddi problemləri ört-basdır edirlər, gizlətməyə çalışırlar. Amma təbii ki, dünyaya “demokratiya mərkəzi” kimi təqdim edilən ABŞ-da bu məsələdə ortaya çıxan faktlar hər şeyi ortaya qoymuş olur. Qeyd edək ki, az öncə ABŞ-da sosial şəbəkə və internet, eləcə də mobil telefon istifadəçilərinin kütləvi şəkildə dinlənilməsi faktları və bu barədə vətəndaş cəmiyyəti institutlarının, cəmiyyətin narazılıqları barədə də məlumatlar yayılmışdı. Bununla paralel olaraq, söz və mətbuat azadlığına ciddi maneələr və məhdudiyyətlər yaradılması, artıq ABŞ-da azad sözə və informasiyaya yuxarıdan repressiv yanaşıldığını sübut edir. Beləliklə, özgələrinə bu məsələdə dərs keçməyə çalışan ABŞ administrasiyası mətbuata məhdudiyyət qoyduğuna görə indi media tərəfindən ciddi tənqid olunur, ittiham edilir. Amma maraqlı və həm də “başadüşüləndir” ki, dünyada sözügedən sahə ilə bağlı fəaliyyət göstərən “watchdog“lar – “gözətçi itlər”, yəni “söz azadlığını müdafiə edən” xarici QHT-lər ABŞ-la bağlı susurlar və heç bir tənqidi hesabat hazırlamağa cəsarət etmirlər. Çünki bu cür təşkilatlar ABŞ və digər güclü Qərb dövlətlərinin təsiri altındadır, onların diktəsi ilə hərəkət edirlər. Ona görə ABŞ-da bu sahədə indiki kimi ən ciddi problemlər olanda da susmağa məcburdurlar... Bu isə dünyada söz və mətbuat azadlığı məsələlərində də ikili standartların hökmran olduğunu və eyni zamanda kimlərin vasitəsilə hökmran olduğunu açıq göstərir...

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb
21.09.2019
Boko Haram qruplaşmasının yeddi üzvü dә öldürülüb
21.09.2019
Parisdə polis “Sarı jiletlilər“in aksiyasında 39 nəfəri saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info