“Krulu meydana daxil edə bilmədim”
Tarix: 10.07.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


“Özümüzü çox xoşbəxt hiss edirik. Oyun çox ağır oldu. Təbii ki, dünya çempionatının oyunları belə olmalıdır”.
Bu sözləri Argentina millisinin baş məşqçisi Alexandro Sabelya Hollandiyaya qalib gələrək DÇ-ın finalına yüksəldikləri oyundan sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib. Təcrübəli mütəxəssis Almaniya ilə final oyunu haqda iddialı danışıb: “İndi biz finaldayıq. Öz gücümüzə bələdik. Bilirik ki, dünya çempionu olmağa qadirik Həm də buna layiqik. Hamımız bunun üçün çalışırıq”. Hollandiya millisinin baş məşqçisi Lui Van Qal da oyun haqda fikirlərini bildirib.“Oyunun penaltilər seriyasına qədər uzanacağını təxmin etmişdim. Ancaq hər üç əvəzləmədən istifadə etdiyim üçün bu dəfə qapıçı Tim Krulu meydana daxil edə bilmədim. Martins İndinin sarı vərəqəsi olduğu üçün onu Yanmata ilə əvəzləməli oldum. Hunteları da mübarizəyə qoşdum. Ancaq lazım olan qolu vura bilmədik”. Van Qal futbolçusu Vların penaltidən yararlana bilməməyinə də münasibət bildirib: “İlk penaltini yerinə yetirmək üçün insanda güclü xarakter olmalıdır. Vlar buna hazır deyildi. Ancaq o, oyunun ən yaxşılarından idi”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Real-da Zidanı əvəzləməyə 3 namizəd
20.09.2019
Barcelona daha bir ilki reallaşdıracaq
20.09.2019
Almaniya millisində qapıçı qalmaqalı
20.09.2019
Avropa Liqası: “Qarabağ”- “Sevilya“ oyunu başa çatıb
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi - Yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info