“Ermənistandan fərqli olaraq Azərbaycan daha üstün mövqedədir”
Tarix: 11.07.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Əgər, Azərbaycan yeni birliyə üzv olmağa razılıq versə-mən
buna inanmıram-elə şərtlər irəli sürəcək ki, onların 50 faizinin
yerinə yetirilməsi belə, Ermənistanı zəlil günə qoyacaq. Beynəlxalq institutlar Azərbaycanın maraqlarını müdafiə edir, Azərbaycanın mövqeyi güclüdür”


Moskvada yaşayan hüquq müdafiəçisi Arbak Xaçatryan “Birinci İnformasiya”ya verdiyi müsahibədə Ermənistanın Avrasiya İttifaqına daxil olması ilə bağlı məsələni dəyərləndirib. Xaçatrayan bildirib ki, Ermənistanın indiki vəziyyəti ilə 3 sentyabr bəyanatı səslənən gündəki vəziyyət fərqlidir: “Həmin vaxtı Sərkisyanı həmin bəyanatı verməyə məcbur etdilər. Putinə Avropaya bunu göstərmək lazım idi.
Ukraynada baş verənlər hadisələrdən sonra vəziyyət dəyişib. Rusiya əsas diqqətini öz regionlarına və Krıma yönəldib. Ermənistan ilk başda dövlət kimi Rusiyaya lazım idi. Kreml Ermənistanın Gömrük İttifaqına üzv olmasını istəyirdi. Amma Ukrayna məsələsi situasiyanı dəyişdirdi. Bu gün Rusiya üçün Azərbaycanın mövqeyi çox böyük əhəmiyyət kəsb edir. Mən Rusiyanın doğru və ya səhv addım atdığını iddia etmirəm, amma fakt odur ki, Rusiya dəyişib. Ona görə də Azərbaycan Rusiya üçün böyük rol oynamağa başlayıb, bunu unutmaq lazım deyil. Bütün bunların hamısını müzakirə etmək lazımdır, amma Ermənistanı kim müzakirə edəcək? Anlamaq lazımdır ki, daha Rusiya gözü bağlı şəkildə Ermənistanı Gömrük İttifaqına buraxmayacaq. Kreml Ermənistanın istədiyi addımları atmayacaq. Bu, indi mümkün deyil. Ermənistanın yeni birliyə üzv olma məsələsi bir neçə dəfə təxirə salınıb. Rəsmi İrəvan bunu texniki səbəblərlə əlaqələndirir. Mən hələ də anlaya bilməmişəm ki, Gömrük İttifaqını yaratmağın nə mənası var və bunun Ermənistana nə dəxli var? Ermənistan rəhbərliyi yaranan suallara cavab vermək iqtidarında deyil. Götürək elə Qarabağ məsələsini. Ermənistan bu məsələ ilə bağlı hər hansı addım atmaq iqtidarında deyil. Vəziyyət daha da pisləşəcək. Bu gün Rusiya prezidentinin öz problemləri var. O, həmin məsələləri qoyub Ermənistanla məşğul olan deyil. Ermənistanın üzv olmaq istədiyi birliyin təsisçisi olan üç dövlətin hər birinin Azərbaycanla əla münasibətləri, azad ticarət münasibətləri var. Hər üç dövlət Azərbaycana silah satır, neft-qaz, elektrik enerjisi ilə bağlı müqavilələr imzalayırlar. Onlar bu maraqlarını qoyub Ermənistanla razılığa gəlməzlər. Mən hələ 2008-ci ildə demişdim ki, Putin Ermənistanı satacaq, fərqli metodlarla dövlətçiliyimizə və xalqımıza zərbələr vuracaq”. Hüquq müdafiəçisi Azərbaycanın yeni inteqrasiya prosesinə qoşulması ilə bağlı məsələni də dəyərləndirib: “Ermənistandan fərqli olaraq Azərbaycan daha üstün mövqedədir. Əgər, Azərbaycan yeni birliyə üzv olmağa razılıq versə-mən buna inanmıram-elə şərtlər irəli sürəcək ki, onların 50 faizinin yerinə yetirilməsi belə, Ermənistanı zəlil günə qoyacaq. Beynəlxalq institutlar Azərbaycanın maraqlarını müdafiə edir, Azərbaycanın mövqeyi güclüdür. Ermənistanın problemləri həll etmək üçün vasitəçilərin köməyi olmadan birbaşa Azərbaycana gəlmək şansını da itirib. İstənilən ciddi siyasi addımı vaxtında atmaq lazımdır. Bu gün erməni xalqının əksərində belə bir düşüncə var ki, necə edim ki, acından ölməyim, yaşayım, mövcud olum. Amma bir qisim insan var ki, istənilən adanı ala bilərlər. Ermənistanda bir qisim insanlar ki, onlar Avropadan xəbər gözləyirlər. Avropa da Ermənistana obyektiv münasibət göstərmir. Xalqın pulunu oğurlayıb onların bankında gizlədənlərə göz yumur. Həmin hesabları dondursaydılar, 3 sentyabr bəyanatı da olmazdı. Heç bir ciddi siyasi qüvvə Ermənistan rəhbərliyi kimi xameleonlarla işləmək istəməz. Hətta bu söz belə, Ermənistan rəhbərliyinə az uyğun gəlir. Sərkisyan 4 il Avropa ilə danışıqlar apardıqdan sonra onlardan üz döndərdi. İndi Avropa Ermənistanla əməkdaşlıq edərmi? Onlar ancaq Ermənistan adlanan ərazidən Rusiyaya qarşı istifadə edə biləcəkləri halda əməkdaşlığa razılıq verərlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Prezident Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18.09.2019
Xəzərdə “Quba“ adlı yeni gəmi istismara veriləcək
18.09.2019
“Akıncı“ ilk uçuşunu oktyabr ayında reallaşdıracaq
18.09.2019
Hakim ştatlarının sayı 200 vahid artırılıb
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info