Çin xüsusi qüvvələri dünya rabitəsini izləyir?
Tarix: 11.07.2014 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“The Wall Street Journal”da “Çin Xalq Qurtuluş Ordusunun Baş qərargah nəzdindəki üçüncü şöbənin bəzi gizli əməliyyatlarına baxış” adı altında dərc edilən yazıda ekspertlər arasında 3PLA kimi tanınan təşkilat haqqında məlumat yayıb.
Bu təşkilat dünyanın qlobal rabitəsinin, o cümlədən səfirlik göndərişləri, elektron poçt vasitəsilə korporativ yazışma, cinayət konfederasiyası- xarici təhdidlər və rəqabətin müəyyən edilməsi məqsədilə aparılan bütün proseslərin izləmə və təhlili ilə məşğul olur .
Jurnalistlər 3PLA-nın strukturunu araşdırmağa nail olmaqla yanaşı, "Çin boyunca səpələnmiş" və təşkilata məxsusluğu ehtimal olunan obyektlərin görüntüləri barədə də də məlumat əldə ediblər. Ümumilikdə belə obyektlərin sayı ölkə ərazisində onlarladır. Məlumatlara görə, 3PLA-nın işçi heyətinin sayı 100 mindən artıqdır. Bura əsasən, hakerlər, dilçilər, analitik və zabitlər daxildir. Təşkilatın büdcəsi gizli saxlanılır. Təşkilatın Pekin və Şanxayda yerləşən əsas ofisləri hündür divarlarla əhatə olunsa da, o qədər də ciddi mühafizə olunmur. Yəni qəribə də olsa, təhlükəsizlik tədbirləri o qədər də ciddi deyil.
Mütəxəssislərə görə, 3PLA-nın kabellər də daxil olmaqla telekommunikasiya sistemlərinə geniş çıxışı var və bu da ABŞ ilə geniş məlumat mübadiləsinə imkanlar yaradır.
Qeyd edək ki, Amerika qəzetlərində 3PLA əməkdaşlarının müəlliflyi ilə “100-dən çox texniki sənəd" barədə yazılar dərc edilib. Bunlar əsasən, kompyuter viruslarının təkamül modelləşdirilməsi, şifrələmə şəbəkələrinin texnologiyası, xarici dillərdən avtomatik tərcümə kimi mövzuları əhatə edir. Pekinin ətrafında fəaliyyət göstərən bazanın ali məqsədi Avropanı müşahidə etməkdir. Hündür binalarla əhatə olunmuş dağdöşü ərazidə yerləşən bu baza təşkilatın başqa obyektlərindən fərqli olaraq gizli saxlanılır.
Çinin dövlət orqanları 3PLA-nı müzakirə obyektinə çevirmək istəmirlər. Belə ki, bu təşkilat barədə verilən bütün sorğular indiyədək cavabsız qalıb. Ölkə rəsmiləri Çinin prinsipcə kiber casusluqla məşğul olduğunu inkar edir və Edvard Snoudenin əməllərinə işarə edərək, Birləşmiş Ştatları, "ikiüzlülük"də ittiham edirlər. Bunlar «The Wall Street Journal» qəzeti əməkdaşının gəldiyi qənaətdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib
20.09.2019
ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info