Sərkisyanın Uruqvay fiaskosu
Tarix: 11.07.2014 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Ermənistan prezidenti dünyanın ən kasıb prezidentindən Ermənistan iqtisadiyyatına investisiya yatırılmasını xahiş edib...
Cənubi Amerikada səfərdə olan Serj Sərkisyanın biabırçılığı davam edir. Sərkisyan Uruqvay prezidenti Xose Alberto Muxika Kordano ilə görüşüb. Qeyd edək ki, Kordano dünyanın ən kasıb prezidenti hesab olunur. 78 yaşlı Kordanonun prezident sarayı yoxdur və kiçik kənd evində yaşayır. Xarici KİV-lər xəbər verir ki, prezident suyu da həyətdə yerləşən quyudan götürür.
İndi görün Sərkisyan nə edib. “Haqqın.az” xəbər verir ki, Ermənistan prezidenti Kordanodan Ermənistan iqtisadiyyatına investisiya yatırılmasını xahiş edib! Bütün dünyada özünü biabır etməkdə davam edən Sərkisyan kənd fermasında yaşayan prezidentdən yardım istəyib. Kordona özü yardım üçün kimə müraciət etsin? Xarici dövlət səfərinə çıxan ölkə başçısının bütün işi-gücü dilənçilik edərək yardım toplamaqdır. Qeyd edək ki, Sərkisyanın Uruqvay prezidenti ilə görüşü çətinliklə baş tutub. Uruqvay dövlət başçısı da Argentina prezidenti kimi Sərkisyanla görüşmək istəməyib. Argentina fiaskosundan sonra ikinci “soyuq duşu” Uruqvayda yaşayan Sərkisyan ölkənin vitse-prezidenti və Senatın sədri ilə görüşüb. Erməni tərəfi Argentina prezidentinin Sərkisyanla görüşdən imtina etməsinə müxtəlif don geyindirməyə çalışdı. Ermənilər iddia etdilər ki, xanım Kuşner xəstə olduğu üçün Sərkisyanla görüşə bilməyib. Argentinanın “Clarin” qəzeti xəbər verir ki, bu ölkənin prezidenti ilə görüşmək üçün Sərkisyan və heyəti üç saat oteldə gözləyib. Amma sonda onlara bildirilib ki, prezident özünü yaxşı hiss etmir və görüşmək istəmir. Amma Uruqvayda onlara göstərilən münasibət Sərkisyanı bütün dünyada biabır edib. Göründüyü kimi bir sıra cəhdlərdən sonra Sərkisyan Uruqvay prezidentini görüş üçün razı salmağa nail olub. Cənubi Amerika turnesi Ermənistanın dünyada nə qədər zəif mövqeyə sahib olduğunu, beynəlxalq münasibətlər sistemində heç bir nüfuza malik olmadığını təsdiqləyir. Sərkisyan və Ermənistanı dünyada heç kim ciddi qəbul etmir.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info