Ukrayna Krımla sərhədə qoşun yığır
Tarix: 11.07.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Ukrayna ordusu Krımla sərhədə hərbi texnika yığır.
Bu barədə “LifeNews” telekanalı xəbər verib. Məlumata görə, Krımla həmsərhəd Xerson vilayətinin Qeniçeski rayonunun Strelkovo kəndində BTR, eləcə də “Osa” zenit raketləri kompleksi və “Qrad” qurğularının hərəkəti qeydə alınıb. Rayon administrasiyasındakı mənbənin verdiyi xəbərə görə, hərbçilər dislokasiya yerini dəyişirlər, texnika ordunun blokpostuna çəkilir. Yerli “Novıy vizit” informasiya portalı Qeniçeski rayonunda hərbi texnikanın hərəkəti haqda hələ iyulun 8-də xəbər vermişdi. Portalın yazdığına görə, sakinlər Arbatski yol ayrıcında texnikanın Krım istiqamətində hərəkət etməsini görüblər. Krım və Sevastopol 2014-cü ilin martında keçirilmiş referendumla Rusiyanın tərkibinə daxil olub. Referendumda səs verənlərin 96 faizi Rusiyaya birləşməyə səs verib. Rəsmi Kiyev və Qərb ölkələri referendumun nəticələrini tanımır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info