Ukrayna ordusu daha bir şəhəri separatçılardan geri alıb
Tarix: 11.07.2014 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Ukrayna güc strukturları Donbass bölgəsində separatçıların nəzarətində olan daha bir şəhəri azad edib.
Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində silahlı separatçılar Donetsk vilayətinin Seversk şəhərini tərk etməyə məcbur olub. Faktı qondarma “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Qirkin (Strelkov) də təsdiqləyib. İ. Qirkin bildirib ki, onun qüvvələri mühasirəyə düşməmək üçün Seversk şəhərindən çıxıb. Antiterror əməliyyatının mətbuat katibi Vladislav Seleznyov Seversk istiqamətində terrorçuların olduğu ərazinin mühasirəsi üçün kompleks tədbirlər həyata keçirildiyini söyləyib: “Silahlılar bütün manevr və hücum imkanlarının tükəndiyini gördükdə Seversk yaşayış məntəqəsindən qaçmağa məcbur olublar. Həmin rayonda antiterror əməliyyatı davam edir”. Xatırladaq ki, separatçı-terrorçu qruplaşma iyulun 5-də Slavyansk və Kramatorsk şəhərlərini tərk edərək Donetsk şəhərinə qaçıb. Donbass bölgəsinin əksər yerlərindən sıxışdırılan separatçıların əsas qüvvələri hazırda Donetsk və Luqansk şəhərlərində cəmləşib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info