AŞPA-dakı antiazərbaycan qruplaşma iş başında
Tarix: 11.07.2014 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Azərbaycana qarşı xüsusi qərəzi ilə seçilən Andreas Qross,
Arpin Ovannisyan və Levon Zurabyan qətnamə layihəsi hazırlayıblar


Bir neçə gün əvvəl keçirilən diplomatik orqan rəhbərlərinin müşavirəsində çıxış edən Azərbaycan Prezidenti bildirmişdi ki, Avropa Şurasında antiazərbaycan qruplaşması fəaliyyət göstərir və onların arxasında erməni lobbisi dayanır. Prezident qeyd etmişdi ki, erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır.
Onlar bütün güclərini birləşdirərək Azərbaycana qarşı kampaniya aparırlar. Onların media, QHT və ictimai strukturlarda da təmsilçiləri var: “Onlar möhkəm kök salmışlar və Azərbaycanı bir nömrəli hədəf seçmişlər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər”. Prezidentin bu bəyanatı müxalifət tərəfindən fərqli şəkildə şərh edildi, onlar yenə də hakimiyyəti siyasi azadlıqlar məsələsində tənqid edərək hər şeyi ermənilərin üstünə yıxmaqda ittiham etdi. Amma bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasına təqdim edilən qətnamə layihəsi Azərbaycan Prezidentinin fikirlərini təsdiq edir. “Haqqın.az” saytı xəbər verir ki, AŞPA-ya təqdim edilən 13570 saylı qətnamə layihəsində Azərbaycan hakimiyyətini guya korrupsiyadan yazan araşdırmaçı-jurnalistləri təqib etməsi tənqid edilir. Əgər bu layihənin təşəbbüskarları azərbaycanlı jurnalistlər və ya hüquq müdafiəçiləri olsaydı, o qədər də diqqət çəkməzdi. Məsələ ondadır ki, həmin qətnamə layihəsinin müəllifləri Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə seçilən Andreas Qrossun rəhbərliyi ilə erməni parlamentarilər Arpin Ovannisyan və Levon Zurabyandır. Antiazərbaycan qruplaşmasının hazırladığı layihədə qeyd edilir ki, guya korrupsiya ilə bağlı məlumat verən araşdırmaçı-jurnalistlərin tənqid edilməsi AŞPA-da dərin narahatlıq yaradıb. Konkret olaraq Xədicə İsmayılova ilə bağlı məsələni misal göstərən erməni deputatlar iddia edirlər ki, Azərbaycanda jurnalistlər saxta ittihamlarla həbs olunurlar. Eyni mənbədən idarə olunduqları üçün şəbəkəyə daxil olan “Transparency International” təşkilatının korrupsiya ilə bağlı saxta reytinqindən də sitat gətirilir. Layihəni hazırlayanlar AŞPA-nı təcili qərar qəbul etməyə çağırıblar. Erməni lobbisinin cəhdlərinə baxmayaraq bu layihə AŞPA-da müzakirəyə çıxarılmayacaq. Təkcə elə bu fakt dövlət başçısının AŞPA-dakı antiazərbaycan qruplaşması ilə bağlı söylədikləri fikirləri təsdiqləmək üçün yetərlidir. Antiazərbaycan qruplaşma dövlət başçısının da qeyd etdiyi kimi müxtəlif qurumlarda birləşərək koordinasiyalı şəkildə Azərbaycana, onun müstəqil siyasətinə qarşı mübarizə aparırlar. Bunun üçün ölkəmizə qarşı müxtəlif təxribatlar edərək qarayaxma siyasəti həyata keçirirlər. Mediada kök salmış nümayəndələrinin əli ilə müxtəlif KİV orqanlarında Azərbaycanın əleyhinə materiallar yayırlar. Həmin qruplaşmanın QHT-lərdəki təmsilçiləri isə il ərzində açıqlanan müxtəlif hesabatlarda Azərbaycana “münasibətlərini” göstərirlər. Erməni lobbisi tərəfindən idarə olunan qruplaşma Azərbaycanın əleyhinə fəaliyyətini uzun illərdir ki, davam etdirir. Azərbaycan Prezidenti də bu məqamı nəzərdə tutaraq deyib: “Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz”. Erməni lobbisi tərəfindən idarə olunan həmin qruplaşmanın Azərbaycan daxilində də nümayəndələri var. Leyla və Arif Yunuslar, Xədicə İsmayılova kimilər erməni lobbisinin idarə etdiyi həmin qruplaşmaları lazımi “informasiyalarla” təmin edirlər. Onları birləşdirən bir hədəf var-antiazərbaycan fəaliyyət. Belə olmasaydı, erməni deputatlar Azərbaycanda “beşinci kolon” funksiyası yerinə yetirən Xədicə İsmayılova kimisinin müdafiəsi üçün qətnamə layihəsi hazırlamazdılar. Xədicə kimilər qruplaşmaya Azərbaycana qarşı təxribat üçün vasitə kimi lazımdır. Həmin layihəni hazırlayan erməni deputatlardan və AŞPA-dakı antiazərbaycan qruplaşmasının digər üzvlərindən soruşmaq lazımdır ki, bu qədər canfəşanlığı niyə Ermənistan üçün göstərmirlər? Nə üçün Ermənistan belə bərbad vəziyyətdədir? Azərbaycan Prezidenti də məlum tədbirdə bu məsələyə toxunmuşdu: “Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında vardır. Biz onların cavabını vermişik. Hələ mən orada nümayəndə heyətinin rəhbəri olan zaman onların cavabını vermişəm. Bu dəfə də cavablarını vermişəm. Çünki yenə də deyirəm, bizimlə məntiq üzərində mübahisə aparmaq mümkün deyildir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan
20.09.2019
Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk
20.09.2019
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info