Pakistanın “Diplomatik Star” jurnalında Naxçıvan barədə məqalə dərc olunub
Tarix: 11.07.2014 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Pakistanın ingilisdilli “Diplomatik Star” jurnalında nəşrin baş redaktoru Raca Mahmud Battinin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi” adlı məqaləsi dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, müəllif Naxçıvanda 1162 tarixi-mədəni abidədən 58-nin dünya əhəmiyyətli olduğunu nəzərə çatdırıb və Əshabi-Kəhf, Nuh, Mömünə Xatun, Gülüstan türbələrindən, Əlincə qalasından bəhs edib.
Məqalədə qeyd edilib ki, Birinci Dünya Müharibəsindən, Rusiya imperiyasının dağılmasından bəhrələnmək istəyən ermənilər Naxçıvanı işğal etmək niyyətində olub, yalnız naxçıvanlıların şücaəti nəticəsində məkrli planları puç olub. SSRİ süquta uğradıqdan sonra Naxçıvan yenidən ermənilərin hədəfinə tuş gəlib. Ermənistanın blokadası nəticəsində Muxtar Respublika çox çətin bir duruma düşüb. Yalnız Heydər Əliyevin Naxçıvana başçılıq etdikdən sonra Muxtar Respublikanın təhlükəsizliyi təmin olunub. Eyni zamanda Azərbaycanda ilk dəfə Naxçıvanda “Sovet Sosialist” ifadələri Muxtar Respublikanın adından çıxarılıb, Kommunist Partiyasının fəaliyyəti dayandırılıb, SSRİ-nin tərkibində qalmaq barədə referendumun keçirilməsi təklifi rədd edilib. İlk dəfə məhz Naxçıvanda Azərbaycanın üçrəngli bayrağı ucaldılıb, sovet qoşunları oranı tərk edib, Türkiyə və İran ilə iqtisadi əlaqələr yaradılıb.
R. M. Bhatti 2013-cü ildə “3-cü Beynəlxalq Humanitar Forumu”nun iştirakçısı kimi Naxçıvana səfər etdiyini, bu diyarın bir çox tarixi abidələri ilə tanış olduğunu da xatırladıb. O bildirib ki, xüsusən də hər bir müsəlmanın ürəyində xüsusi yer alan Əshabi-Kəhf türbəsinə ziyarəti xatirəsində daim yaşayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
16.09.2020
“Oltin ko`prik: Qızıl körpü” adlı sənədli film hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info