Papalar futbol duası etdilər
Tarix: 11.07.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Braziliyada keçiriləcək DÇ-2014-ün finalında Argentina və Almaniya yığmaları qarşılaşacaqlar.
1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatının finalında Argentina millisi 1/4 finalda İngiltərə yığmasına qarşı matçda 2:1 hesabla qalib gəlmiş, finalda isə Almaniya millisini 3:2 hesabla üstələmişdi.
İngilislərlə oyunda qələbə topunu Dieqo Maradona əli ilə vurmuşdu. Həmin mundialda argentinalılar tarixlərində 2-ci dəfə dünya çempionu tituluna yiyələnmişdilər.
Roma Papası 1-ci Fransisk sabiq papa Benediktlə birlikdə dua ediblər.
Argentinalı olan Papa 1-ci Fransiskin dediyinə görə, ölkəsinin yığmasının qələbəsi üçün dua etməyib.
"Dualarımız qələbəyə layiq komandanın uğur qazanması ilə bağlıdır. Məndən fərqli olaraq, möhtərəm Benedikt futbol azarkeşi deyil", - Papa 1-ci Fransisk bildirib.
Vatikanın mətbuat katibi Federiko Lombardinin dediyinə görə, Papa dünya çempionatının 1/2 finalında oynanmış Argentina-Hollandiya matçını "canlı" seyr etməyib: "Qarşılaşma çox gec olduğundan Papa oyunun videoyazısına baxdı. Final barədə heç nə deyə bilmərəm. Ola bilsin ki, Papa bu oyuna baxsın".
Lionel Messi və Tomas Müllerin qarşılaşacaqları bu oyunun çox gərgin, amansız mübarizədə keçəcəyi bəllidir. Argentinalı və alman azarkeşlərin əksəriyyəti matçla bağlı Tanrıya dualar edir, yardım və lütf istəyirlər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb
21.08.2019
Adıyamanda yüz milyon illik qalıqlar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info