“Buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur”
Tarix: 11.07.2014 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirdi ki, imtahanda iştirak edən şagirdlərin sayı keçən illə müqayisədə 4% azalıb. O qeyd etdi ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur. TQDK sədri deyir ki, IX siniflər üzrə Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarında ölkə üzrə həm “Riyaziyyat”, həm də “Ana dili”ndən ən aşağı nəticələr göstərilib. M. Abbaszadə əlavə etdi ki, XI sinif şagirdlərinin nəticələrində orta bal IX illik təhsil bazası üzrə nəticələrə nisbətən artıb. Onun sözlərinə görə, IX siniflərlə müqayisədə XI sinif üzrə imtahanda iştirak edənlərin sayı azdır, amma nəticələri daha yüksəkdir: “XI sinifə gələn uşaqlar daha məşğul olurlar. Onlar təhsillərini davam etdirmək istədikləri üçün daha yaxşı nəticə göstərirlər. XI siniflərdə “Ana dili” fənni üzrə Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, “Riyaziyyat” fənni üzrə Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların nəticələri ölkə ilə müqayisədə çox aşağıdır”.

M. Abbaszadə buraxılış imtahanlarında nəticələrinə əsasən, rayonlarda qeydə alınan gender problemlərini də açıqladı. O bildirdi ki, ölkə üzrə IX sinifdə buraxılış imtahanı verən oğlan və qızların sayı təxminən 50-50%-dir: “2014-cü ildə buraxılış imtahanında iştirak edən oğlanların sayı 53%, qızların sayı isə 46% olub. Amma elə rayonlar var ki, orada IX sinifdə oxuyan oğlanların sayı 60%-dən çoxdur, hətta IX sinifdə oxuyan qızlar yoxdur. Həmin rayonlar Şamaxı və Qobustan rayonlarıdır. XI sinifdə buraxılış imtahanında iştirak edənlərin 56%-i oğlanlar, 44%-i qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80%-dən çoxu oğlanlardır və qızların sayı çox azdır. Zərdab, Balakən, Qaxda isə buraxılış imtahanında iştirak edən oğlanların sayı qızların sayından daha azdır. XI sinifdə oxuyan oğlanların sayı qızların sayından təxminən 40%-dən aşağıdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info