“Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilib
Tarix: 11.07.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Bu gün Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı tərəfindən “Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin sosial problemlərinin həllində, onların iş fəaliyyətinin yüksəlməsində, üzləşdikləri problemlərdə çıxış yolunu tapmaqda Jurnalistlərin Həmkarlar İttifaqının böyük köməyi ola bilər: "Sadaladıqlarım bu təşkilatın birbaşa səlahiyyətləridir. Azərbaycanda isə vəziyyət bir az fərqlidir. Demək olar ki, redaksiyaların çoxu Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqına qoşulmayıb. Çox cüzi hissəsi Mədəniyyət Həmkarlar İttifaqının üzvüdürlər".
Şura sədri qeyd edib ki, redaksiyalar bu təşkilata qoşulduqdan redaksiyalarda şəffaflıq yaranar, əməkhaqlarında müəyyən yüksəlişlər ola bilər: "Biz qərara almışıq ki, gələn il "Mətbuat günü"nə qədər, 1 il ərzində "Həmkarlar hərəkatı ili" elan edək. Bununla bağlı çoxsaylı tədbirlər həyata keçiriləcək. Və sonrakı mərhələdə hansı redaksiyalarda Həmkarlar Təşkilatları yoxdursa, onların Həmkarlar Təşkilatlarında birləşməsinə kömək edəcəyik".
Daha sonra çıxış edən Jurnalistlər Federasiyasının Proqramlar Departamentinin rəhbəri Adrian Kollin BJF haqqında məlumat verib.
O bildirib ki, BJF-nin 170-dən çox ölkədə bölməsi yaradılıb: "Jurnalistlər Federasiyası təkcə Avropanı deyil, bütün dünyanı əhatə edir. Baş qərargahı Brüsseldə yerləşir. Federasiyasının əsas məqsədi jurnalistlərin hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək və əmək şəraitlərinin yaxşılaşdırılmasına xidmət etməkdir. Beynəlxalq Jurnalistlər Federasiyası üzvləri olmadan fəaliyyət göstərə bilməz. Əgər BJF-yə üzv olmazsa, o zaman jurnalistlərin hüquqlarını müdafiə etmək mümkün olmaz. Eyni zamanda jurnalistlər problemlərinin həlli üçün birbaşa baş qərargaha getməli deyillər. Bunun üçün üzv olan hər ölkədə Həmkarlar İttifaqı yaradılıb".
Qeyd edək ki, layihənin ideya müəllifi Beynəlxalq Jurnalistlər Federasiyasıdır. Donor Avropa Komissiyasıdır. Azərbaycan üzrə icraçısı isə Həmkarlar İttifaqına üzv olan jurnalistlərdir. Layihə 3 il davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info