Cari ilin məzunları üçün ali məktəblərə ilk qəbul imtahanı başlayır
Tarix: 11.07.2014 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


İyulun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirdi ki, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada təşkil olunacaq.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunacağını nəzərə çatdıran TQDK sədri bildirib ki, imtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə 19656 nəfər, IV qrup üzrə 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə 2172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17703 nəfəri (I qrup üzrə 13472 nəfər, IV qrup üzrə 4231 nəfər) oğlanlar, 11252 nəfəri (I qrup üzrə 8356 nəfər, IV qrup üzrə 2896 nəfər) qızlardır. 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib ediləcək və onlar binaya buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Dillər Universiteti “Mənim Çinim“ adlı onlayn-foto sərgi keçirir
08.08.2020
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
08.08.2020
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir
07.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
07.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info