Kristofer Pinçer: “Mən “ASAN Xidmət” modelinin digər ölkələrdə də tətbiqinin tərəfdarıyam”
Tarix: 11.07.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Böyük Britaniya parlamentində hökumət texnologiyalarının müzakirəsinə dair keçirilmiş dəyirmi masada korrupsiyanın aradan qaldırılması və səmərəliliyin artmasına istiqamətlənmiş “Azerbaijani Service and Assessment Network” – “ASAN Xidmət”in uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Dəyirmi masa parlament üzvü Bob Blekmanın təşəbbüsü ilə “Total Politics” jurnalı və Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub. Xidmətdən verilən məlumata görə, tədbirdə qeyd olunub ki, “ASAN Xidmət”də müxtəlif dövlət idarələrinin xidmət sahələrinin bir çətir altına gətirilməsi prinsipi ilə 29 özəl və 150 ictimai xidmət təklif edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası dəyirmi masada çıxış edib: “Bu təşəbbüs Azərbaycan rəhbərliyi tərəfindən yürüdülüb. İlk “ASAN xidmət” mərkəzi 2013-cü ilin yanvarında, sonuncu altıncısı isə 2014-cü ilin mayında fəaliyyətə başlayıb. Hər bir mərkəz gündə azı 2 min vətəndaşa xidmət göstərir və indiyə kimi xidmətdən 2 milyondan artıq insan istifadə edib. Biz, gələn ilin sonunadək bu xidmət şəbəkəsinin bütün ölkəni əhatə etməsini planlaşdırırıq. Başlıca məqsədimiz Azərbaycan vətəndaşları üçün xidmətlərin əlçatan olmasının və səmərəliliyinin təmin edilməsidir. “ASAN xidmət” mərkəzləri korrupsiyadan tamamilə azad və şəffaf məkan kimi tanınıblar. Bizim mühəndislərin yaratdıqları növbə gözləmə sisteminə uyğun olaraq sifarişlər internet vasitəsilə verilə bilir və sifarişçilərin verdikləri sifarişə nə zaman baxılacağı haqda dəqiq məlumatı olur. Bundan başqa, onlar, növbələrinin çatması haqda öz telefonlarına bildiriş mesajı da alırlar. Bu isə, əlavə vaxt itkisinin və vətəndaşlarda məyusluq hissinin yaranmasının qarşısını alır. Bir ziyarət ərzində vətəndaşlar bir neçə xidmətdən yararlana bilər. Bütün “ASAN xidmət” mərkəzlərində xidmət haqları xüsusi quraşdırılmış monitorlarda və istifadəçilər arasında paylanan qiymət vərəqələrində göstərilib. Bu vərəqələrdə, həmçinin, tələb olunacaq sənədlər də əvvəlcədən siyahılanır. Yenilik bu işin, bu təşəbbüsün əsasını təşkil edir. Korrupsiya ehtimalını yox dərəcəsində saxlamaq üçün dövlət işçilərinin ödənişlə heç bir əlaqəsi yoxdur. Biz hər zaman “ASAN” xidmət mərkəzlərinin işinin mükəmməlləşməsinə çalışırıq”.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və İctimai Əlaqələr şöbəsinin rəhbəri Azad Cəfərli də tədbirdə çıxış edib.
Lord Kilkluni Bakıdakı “ASAN xidmət” mərkəzinin heç bir ölkədə analoqu olmayan, çox səmərəli bir sistem olduğunu qeyd edib. Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kristofer Pinçer bu yaxınlarda Azərbaycana səfəri zamanı Bakıda “ASAN xidmət” mərkəzində olduğunu söyləyib: “Şübhəsiz ki, bu mərkəzlərin korrupsiyanın səviyyəsinin aşağı salınmasında və ictimai inamın artırılmasında rolu böyükdür. Mən bu modelin digər ölkələrdə ötürülməsinin və tətbiqinin tərəfdarıyam. Burada şəffaflığa riayət edilməsi əsas məsələlərdən biridir”.

Sonra “ASAN Xidmət” rəsmiləri Londondakı Vestminister Şurasını (yerli özünüidarəetmə orqanı) ziyarət edib, elektron hökumət xidmətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar. Daha sonra qonaqlar əvvəllər müxalifətin kölgə hökumətinin yerli özünüidarəetmə orqanlarının icra aparatının rəhbəri olmuş, hazırda isə parlamentin üzvü olan Endy Sofordla da görüşüblər. O, belə görüşlərin mütəmadi keçirilməsinin tərəfdarı olduğunu dilə gətirib və qeyd edib ki, “ASAN xidmət” modeli Britaniya hökumətində də tətbiq oluna bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info