«Həmrəy» Şabran gənclərini bir yerə topladı
Tarix: 14.07.2014 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


«Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi «Vətənimizin inkişafı üçün ictimai fəalıq» adlı tədbirlərinin birinci mərhələsinə Şabran rayonunda yekun vurub. Gənclərin aktivliyi ilə müşaiyət olunan tədbirə Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev, Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov və rayon ictmaiyyətinin nümayəndələri də qatılıblar. «Həmrəy»in sədri Yəhya Babanlı layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanın gələcəyi olan gənclərimiz vətəninə məhəbbət, xalqına sevgi, elinə-obasına hörmət, öz ata-babalarının xüsusiyyətlərinə sədaqət ruhunda yaşamalı və bu amillərə həyati əhəmiyyətli məsələ kimi baxmalıdırlar. Hazırda ölkədə aparılan mükəmməl gənclər siyasəti təkcə paytaxt deyil, region gənclərini də əhatə edir. Hər bir gənc bundan maksimum yararlanmalı və Vətənimizin inkişafında iştirak etməlidirlər. Bu sahədə qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin inamla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir. Təlimçi, Bakı Dövlət Universtetinin müəllimi Elvin Əliyev “Layiqli gənclik-əsl vətəndaşlıq: Vətəninin inkişafı üçün örnək nümunəsi” adlı seminar keçib. İnteraktiv şəklində keçən tədbirdə gənclərə Azərbaycan naminə həmrəy olmaları və Vətənimizin inkişafı üçün malik olduqları potensialdan maksimum istifadə etmələri barədə tövsiyələr verilib. Sonda, iştirakçılara sertifikatlar verilib və xatirə şəkli çəkdirilib. Xatırladaq ki, tədbirlərin 2 mərhələsi bu ayın 16, 17, 18 də Quba, Qusar, Xaçmaz rayonlarında keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info