Dünyanın ən unikal əməliyyatı
Tarix: 15.07.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


İtaliyanın Cilyo adasının sahillərində "Costa Concordia" kruiz laynerinin qayalıqlarda saya oturaraq batmasından iki il yarım sonra gəminin sudan çıxarılması ilə bağlı əməliyyatın son mərhələsi başlanıb.
Gəmi sudan çıxarılandan sonra metal tullantısı qismində Genuyaya göndəriləcək.
Aralıq dənizinin sularında olan layner polad sütunlar və minlərlə sement kisəsindən hazırlanmış platformada idi.
Dünən onun korpusuna qaynaq olunmuş nəhəng rezervuarlardan havanı çıxarmağa başlayıblar. Əməliyyat nəticəsində gəmi bu gün səhərədək 11 metr yuxarı qalxıb.

Ən dramatik məqam gəminin qaldırılmasının ilk saatları idi. Mütəxəssislər su altında paslanmış gəminin korpusunda böyük çatların yaranmasından narahatdılar. Belə buxtaya yanacaq qalıqları, zir-zibil və tullantılar düşə bilərdi.
Toskana sahillərində hava pisləşərsə, nəhəng əməliyyatın final mərhələsi 5-6 gün sonra başa çatacaq.
Gəmi Genuyaya aparılandan sonra laynerdə ofisiant Rassel Rebellonun qalıqları axtarılacaq. Layner batandan sonra Rebello tapılmamışdı.
NBS News bildirir ki, aparılan mühəndis əməliyyatı mürəkkəbliyinə görə unikaldır. Xüsusi hazırlanmış pnevmatik sistem gəminin böyürlərinə bərkidilmiş rezervuarlara su və hava vuraraq layneri suyun üzərinə çıxarmağa çalışacaq.
"Bu, indiyədək kimsənin gerçəkləşdirmədiyi çox mürəkkəb əməliyyatdır. Amma bilirik ki, dünyanın ən yaxşı texniklərinə bel bağlaya bilərik", - gəminin sahibi olan "Costa Crociere" şirkətinin icraçı direktoru Maykl Tamm deyib.
İtaliya tarixində inşa olunmuş ən böyük gəmi "Costa Corcordia"da 4 hovuz, 13 bar, 9 göyərtə vardı.
2012-ci ilin yanvarın 13-də Toskana bölgəsindəki Cilyo adasının yaxınlığında batanda "Costa Concordia"dla 4200 nəfər vardı.
Faciədə 32 nəfər həlak olmuşdu.
Laynerin batmasının səbəbi kapitanının riskli manevri nəticəsində "Costa Concordia"nın qayalığa dəyməsi idi.
Gəminin kapitanı Françesko Skettinonu 20 ilədək həbs gözləyir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb
21.08.2019
Adıyamanda yüz milyon illik qalıqlar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info