Lotereyada 1,7 milyon dollar uddu
Tarix: 15.07.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


İngiltərəinin York şəhərindəki "Kapadokya" restoranında ofisiant işləyənFatih Özacanın arzusu varlanmaq, milyonçu olmaq, özünün dediyi kimi, "normal həyat" yaşamaqdı. O, hər səhər alatoranda yuxudan ayılıb işə yollanmaqdan, şər qarışanda da yorğun-arğın evə qayıtmaqdan bezmişdi.
Ofisiant Fatihin əslində evi də yoxdu: o, kirayədə qalırdı. Kiçik, qutu boyda otaqda.
O arzusunu reallaşdırmaq üçün "EuroMillions" lotereyasında bəxtini sınamaq qərarına gəldi.
Ertəsi gün işə yollanan Fatih restoranın sahibi Hayati Küçükoğluna istəyini dedi.
O da "Niyə də yox, al, bəxtini sına!" söylədi.
Fatih Özacan supermarketə yollanaraq 9 funta bilet alıb.
Və həmin bilet ertəsi gün 1 milyon funt-sterlinq udub.
Hər şey bundan sonra başlanıb.
Hayati Küçükoğlu uduşun yarısını tələb edib.
İş məhkəməyə gedib.
Məhkəmənin qərarına görə, uduş Fatihlə Hayati arasında bölünməli, onların hər birinə 500 min funt çatmalıdır.
"Uduşlu biletin dəyərinin yarısını mən vermişəm, üstəlik variantların da yarsını mən demişəm, Fatih də yazıb. İndi xeyir ola - uduş niyə ona çatmalıydı?! Məhkəmə ədalətli qərar verdi", - deyə Hayati Küçükoğlu söyləyib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
02.08.2020
Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
01.08.2020
Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
01.08.2020
“Rover“ kosmik gəmi kosmosa buraxılıb
30.07.2020
Nadir qorillanı öldürən şəxs 11 illik azadlıqdan məhrum edildi
30.07.2020
Sümela monastırının təqdimatı üçün hazırlanan veb saytı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
3 Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
4 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
5 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info