Azərbaycan Mədəniyyət Günləri məşhur “Euronews“ telekanalında
Tarix: 15.07.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Məşhur "Euronews" telekanalı Kannda keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr edilmiş reportaj hazırlayıb. Tədbir çərçivəsində konsertlər və sərgilər keçirilib. Onlardan əsası "Azərbaycan ənənələr və gələcək ölkəsi" adlanır.
"Azərbaycanın dostları cəmiyyəti"ndən Nataniel Beker deyib: "Ekspozisiyada 3 bölmə var. Onun mərkəzi hissəsi dekorativ-tətbiqi sənət əşyaları, xalçaçılıq nümunələridir, burada musiqi alətləri, dulusçuluq sənətinin əsərləri təqdim olunub".
Daha bir bölmə XII əsrdə yaşamış dahi şair və mütəfəkkir Nizami Gəncəvidən bəhs edir.
Nataniel Beker: "Digər bölmə Azərbaycanın rəsm əsərləri haqqında bəhs edir. Burada məşhur rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin tabloları sərgilənir. Onlar öz üslublarının orijinallığını, milli xarakteri qoruyub saxlamağı bacarıblar". "Azərbaycan ənənələr və gələcək ölkəsi" sərgisi Kanndakı Dəniz vağzalının binasında iyulun 31-dək davam edəcək.
Azərbaycan mədəniyyət günlərinin özünəməxsus finalı modelyer Renato Ballestranın kolleksiyasının nümayişi oldu.
Modelyer qeyd edir: "Mən kolleksiya hazırladım və onun hədəfi iddialıdır, yəni bu, Azərbaycan qadınının keçdiyi yolu dərk etmək cəhdidir. Əvvəlki dövrdən bu günədək moda bu asan olmayan marşrutla bəzən onun bütün sərt döngələrini əks etdirərək onun ardınca gedib".
"Euronews"un reportajında deyilir: "Ekspozisiya kimi dəfilə də üç mövzudan ibarət idi: ənnələri əsrlərin dərinliyindən gələn xalçaçılıq, nar mövzuları - mədəniyyətin və ədəbiyyatın çəkisi olan simvolu, həmçinin ölkə incəsənətində mühüm rol oynayan alov".
Azərbaycan mədəniyyət günləri gələn ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığın mərhələlərindən biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info