“Eurasia Hoy” portalında Almaniya-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub
Tarix: 15.07.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


ABŞ-ın populyar ispandilli “Eurasia Hoy” portalında Amerikanın beynəlxalq münasibətlər sahəsində eksperti Piter Teyzin “Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər – nümunəvi əməkdaşlıq” sərlövhəli məqaləsi dərc olunub: (http://eurasiahoy.com/04072014-azerbaiyan-y-alemania-excelente-cooperacion-politico-economica/).
İki ölkə arasında əhəmiyyətli münasibətlərdən, diplomatik münasibətlərin qurulması tarixindən və Prezident İlham Əliyevin 2012-ci ilin fevralında Almaniyaya sonuncu səfərindən söz açan müəllif qeyd edib ki, Azərbaycan Qafqazda və Xəzər dənizi regionunda Almaniyanın əsas iqtisadi tərəfdaşıdır. İki ölkə arasında həqiqi ticarət dövriyyəsi 3 milyard dollar civarındadır. Ekspert yazır ki, Almaniya kansleri Angela Merkel 2013-cü ilin sonunda Almaniyanın Azərbaycanı özünün etibarlı tərəfdaşı saydığını rəsmi şəkildə bəyan edib.
Daha sonra P.Teyz 2013-cü ilin noyabrında Almaniya-Azərbaycan Ticarət Palatasının yaradılmasını, habelə Almaniya və Azərbaycan arasında uzunmüddətli qarşılıqlı münasibətlər qurulduğunu vurğulayıb.
Almaniya və Azərbaycan arasındakı siyasi dialoq etimad şəraiti və Avropa İttifaqı ilə daha möhkəm əlaqələrin qurulmasında Azərbaycanın strateji maraqları ilə səciyyələnir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, habelə BMT-də və digər beynəlxalq qurumlarda mühüm və konstruktiv rol oynayır və bundan sonra da belə rol oynayacaqdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Dillər Universiteti “Mənim Çinim“ adlı onlayn-foto sərgi keçirir
08.08.2020
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
08.08.2020
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir
07.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
07.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info