Cəmi 20 il qaldı
Tarix: 16.07.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertləri Vaşinqtonda keçirilmiş dinləmələr zamanı bildiriblər ki, Yerdən kənarda həyatın tapılmasına ən uzağı 20 il qalıb.
Yadplanetli canlılar Günəş sistemindən kənarda aşkarlanacaqlar.
Sabiq astronavt, indi NASA-nın inzibatçılarından biri Çarlz Boldenin dediyinə görə, yadplanetlilərin varlığına inanır.
"Onları aşkarlayacağımıza əsla şübhə etmirəm", - Ç.Bolden deyib.
Massaçusets Texniki İnstitutunun planetar elmlər və fizika professoru (professor of planetary science and physics at the Massachusetts Institute of Technology in Cambridge, Massachusetts) Sara Ziqeri də Günəş sistemindən kənarda yadplanetlilərin yaşadıqlarına şübhə etmir.
"Kainatın tədqiqatları bu yaxınlarda elə bir səviyyəyə çatacaq ki, astronavtlar dəqiq deyə biləcəklər: "Baxın, bu ulduzun yanındakı planet Yerə bənzəyir". Hər ulduzun bir planeti, bir çox ulduzların isə bir neçə planeti var. Yalnız bizim qalaktikada trilyonlarla planet mövcuddur. Yəni onların sayı ulduzların sayından 3 dəfə artıqdır. Milyardlarla planetdə həyatın yaranması və mövcudluğu üçün bütün şərtlər var. Yad planetlərdə şüurlu həyatı aşkarlamaq üçün 20 il məntiqli müddətdir", - Sara Ziqer deyib.
Astronomlar bu yaxınlarda istifadəyə veriləcək kosmik teleskoplara çox ümidlidirlər.
2017-ci ildə kosmosa "Transiting Exoplanet Surveying Satellite" (Tess), 2018-ci ildə "James Webb Space Telescope", 2018-ci ildə isə infraqırmızı spektrli "Wide Field Infrared Survey Telescope - Astrophysics Focused Telescope Assets" göndəriləcək.
NASA 2034-cü ilədək yadplanetliləri aşkarlayacağını vəd edir.
May ayında isə yadplanetli sivilizasiyaların siqnallarını arayan SETİ (Search for Extraterrestrial Intelligence Institute) institutunun rəhbərləri belə vəd vermişdilər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının elm, kosmos və texnologiyalar komitəsində (House Science and Technology Committee) çıxış edərkən SETİ rəhbərləri Den Vetaymer və Sen Şostak ən son teleskoplar və məlumatların təhlili sistemlərinin yardımı ilə uzaq planetlərdən gələn siqnalların öyrənilməsi prosesinin dəfələrlə sürətlənəcəyini demişdilər.
Onların sözlərinə görə, əgər əvvəllər minlərlə ulduz sistemlərində axtarışlar aparırdılarsa, indi belə sistemlərin sayı milyonlarladır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb
21.08.2019
Adıyamanda yüz milyon illik qalıqlar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info