Atanın yalvarışı internetdə fırtına qopardı
Tarix: 16.07.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


"Sizdən bir xahişim var: qızımı bu borucuqlar, sarğılar olmadan görməyimə yardım edin. Qızım bu yaxınlarda xəstəxanada vəfat edib. O, doğulandan sonra xəstəxanada, yataqda oldu. Onun bu borucuqlar, kateterlər olmadan fotosunu çəkə bilmədik. Onun fotosunu dəyişə bilərsiniz?"
ABŞ-ın Ohayo ştatında yaşayan Naten Steffel məşhur Reddit şəbəkəsində belə müraciət yerləşdirmişdi. Müraciətə Natenin vəfat etmiş qızı Sofinin fotosu əlavə olunmuşdu.
Müraciət yayılandan az sonra minlərlə insandan cavab gəldi.
Doğulandan 6 həftə sonra dünyasını dəyişmiş Sofinin fotosunu redaktə etdilər, manipulyasiyalar olundu.
Bir neçə dizayner və rəssam isə Sofinin rəsmini çəkdilər, onu "balaca mələk" adlandırdılar.
Ailənin üçüncü övladı olan Sofi mayın 30-da Kolumbusdakı Milli Uşaq Xəstəxanasında (Nationwide Childrens Hospital in Columbus) doğulmuşdu. O, qaraciyər gemangioması, böyrək şişi və plevrit xəstəsi idi. 6 həftə sonra isə Sofi öldü.
Doğulandan bir neçə gün sonra Sofi Sinsinati Uşaq Tibb Mərkəzinə (Cincinnati Children`s Hospital Medical Center) köçürülmüşdü. Fəqət həkimlərin və cərrahların səyləri heç bir nəticə verməmişdi.
Naten və onun xanımı Emili vəfat etmiş qızlarının fotosuna olan belə sayğılı münasibətdən kövrəldiklərini deyiblər: "Aldığımız cavablar bizi heyrətləndirdi. Minlərlə, on minlərlə insan bizə yardım etmək üçün tələsdilər. Yalvarışımız internetdə fırtına qopardı. Bizi eşidən, sözümüzü yerə salmayan hər kəsə minnətdarıq".
Təhminə




 
Bölməyə aid digər xəbərlər
02.08.2020
Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
01.08.2020
Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
01.08.2020
“Rover“ kosmik gəmi kosmosa buraxılıb
30.07.2020
Nadir qorillanı öldürən şəxs 11 illik azadlıqdan məhrum edildi
30.07.2020
Sümela monastırının təqdimatı üçün hazırlanan veb saytı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
3 Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
4 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
5 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info