Temperatur 40 dərəcə olacaq
Tarix: 16.07.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən yüksələcək. Ölkənin bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb gündüz cənub-şərq şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
İyulun 18-də isə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 33-38 dərəcə isti gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 17-də hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi kənar qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.
Eyni temperaturun iyulun 18-də də müşahidə ediləcəyi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Ölkəmizdə Fəal Yaşlanma İndeksi hazırlanacaq
09.12.2019
İş yerlərində bu qaydalara əməl edilməlidir
08.12.2019
Sürücülük imtahanlarını Dövlət İmtahan Mərkəzi keçirəcək?
07.12.2019
Paytaxt Şamaxıya köçürülür?
07.12.2019
Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info