“Azərkosmos” tender elan edib
Tarix: 16.07.2014 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Kənar hüquq məsləhətçi xidmətlərinin satınalınması”na dair açıq tender elan edib. “Azərkosmos” ASC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ikinci telekommunikasiya (Azərspace-2) peyki üçün orbital mövqedən birgə istifadəni, peykin layihələndirilməsi və orbitdə istismarı mərhələlərində texniki və əlaqədar olan digər növ əməkdaşlığı, peyk tutumlarının kommersiyalaşdırılmasını tənzimləyəcək müqavilələrin formalaşdırılması üzrə “Kənar hüquq məsləhət xidmətlərinin satınalınması”na dair açıq tender keçirir və qeyd edilən istiqamətlərdə təcrübəsi olan şirkətləri tenderdə iştirak etməyə dəvət edib.
Tenderdə iştirak haqqı 500 dollar təşkil edir. Tender təklifinin qüvvədə olma müddəti 60 gündür, xidmətin göstərilməsi müddəti – 2014-cü ilin sonunadək nəzərdə tutulub. Tender təklifi və bank zəmanəti avqustun 28-də saat 18:00-a qədər “Azərkosmos” ASC-yə təqdim edilməlidir. Tender proseduru avqustun 29-da saat 16:00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında başlayacaq.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə tender komissiyasının sədri – Saməddin Əsədova “samaddin.asadov@azercosmos.az” elektron poçt ünvanına, +(994)12 5650055 (daxili 111) telefon nömrəsinə, satınalmalar üzrə baş mütəxəssis-Arzu Quliyevaya – “arzu.guliyeva@azercosmos.az”, hüquq şöbəsinin böyük hüquqşünası-Arzu Məmmədovaya – “arzu.mammadova@azercosmos.az” müraciət etmək olar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Restoran, bərbərxana və gözəllik salonları şənbə və bazar günləri işləməyəcək
27.11.2020
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
27.11.2020
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
27.11.2020
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov
27.11.2020
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info