“Əbu Dabi” telekanalında Azərbaycanla bağlı maraqlı veriliş efirə gedib
Tarix: 16.07.2014 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliyinin məşhur “Əbu Dabi” telekanalında Azərbaycanla bağlı maraqlı veriliş efirə gedib. Verilişdə ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri, xüsusən də əsrlər boyu burada formalaşmış, xalqımızın milli kodeksinə çevrilmiş multikulturalizm və tolerantlıq ənənələri haqqında geniş söhbət açılıb. Eyni zamanda Azərbaycanda İslam dininin yayılmasının tarixi keçmişi, xalqımızın İslama verdiyi töhfələr, həmçinin məşhur azərbaycanlı din alimləri haqqında məlumat verilib.
Azərbaycanın paytaxtı Bakının Xəzər dənizinin sahilində yerləşdiyi xatırlanan, köhnə və yeni tikililərin kadrları təqdim edilən verilişdə şəhərin qədim mədəni irslə zəngin olduğu, burada Şərq və Qərb mədəniyyətlərinin təzahürlərinə tez-tez rast gəlindiyi, Qız qalasının ölkənin tarixi barədə geniş təsəvvür yaratdığı diqqətə çatdırılır.
Verilişdə Azərbaycanın dünyada “Odlar Yurdu” kimi tanındığı tamaşaçıların diqqətinə çatdırılır, “Yanardağ”da daim odun şölələndiyi vurğulanır.
Proqramda, həmçinin Bakının görüntüləri, müxtəlif tarixi abidələr təqdim edilib. Azərbaycanda müxtəlif din və mədəniyyətlərin daşıyıcılarının birlikdə yaşaması xüsusi vurğulanıb.
Veriliş Azərbaycanı ərəb dünyasına tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb
19.11.2019
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir
19.11.2019
Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb
18.11.2019
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info