Aleksandr İsgəndəryan: “Ermənistan iqtisadi dəyəri olmayan dövlətdir”
Tarix: 16.07.2014 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


“Nyuas.am”: “Rusiyadan Ermənistana olan pul transfertləri azalmağa başlayıb ki, bu da ölkə üçün qorxulu tendensiyadır”

“Ermənistanın Avrasiya İttifaqına üzv olma prosesinin ləngiməsinin bir çox səbəbləri var. Bu məsələdə tərəflər arasında motivasiya çox aşağı səviyyədədir. Ermənistanın həmin birliyin təsisçiləri ilə o qədər çox problemləri var, üzv olma prosesinin nə vaxta qədər uzanacağı
bəlli deyil”.

Bu sözlər “Qafqaz” İnstitutunun rəhbəri Aleksandr İsgəndəryana məxsusdur. İnstitut rəhbəri “Armenia Today” saytına bildirib ki, rəsmi İrəvanın iyunun 15-i və iyulun 1-də Avrasiya İttifaqı ilə müqavilə imzalamamasında təəccüblü heç nə yoxdur. Doğrudur, proses davam edir, amma bir sıra texniki və siyasi problemlər var. Problemləri həll etmək olar, amma bunun yaxın müddət ərzində baş verəcəyinə inanmıram. Tərəflər, konkret desək, Rusiya, Qazaxıstan və Belarus Ermənistanın Avrasiya İttifaqına üzv olmasında maraqlı deyillər. Ermənistan onlara sərf etmir, birliyə uyğun gəlmir. Bunun çox sadə səbəbi var - Ermənistan iqtisadi dəyəri olmayan dövlətdir. Ermənistanın inteqrasiya prosesinə qoşulmasının qarşısını alan səbəbləri bir neçə qrupa bölmək olar. Əvvəla, Rusiya, Qazaxıstan və Belarusun illər ərzində keçdiyi mərhələni Ermənistanın 6 ay və ya 1 il ərzində keçməsi mümkün deyil. Sənədlərin ümumi razılaşdırılması hələ heç nə demək deyil. Orada olan bəndlərin hər birini tərəflərlə razılaşdırmaq lazımdır. Gömrük İttifaqının üzvləri ilə həmin bəndləri razılaşdırmaq Ermənistan üçün asan deyil. Çünki orada tərəflərin bir-birinə güzəştə getməyəcəyi məqamlar çoxdur. Ermənistan enerji daşıyıcılarının idxalçısı olduğu halda, Rusiya və Qazaxıstan ixrac edən tərəfdirlər. Belarus isə neft məhsullarının işlənməsi və Avropaya satılmasının hesabına dolanır. Deməli, Gömrük İttifaqına üzv olan dövlətlərlə Ermənistan iqtisadiyyatı arasında dərin uçurum var. Qərarların qəbulu mexanizminə diqqət etsək bəzi məsələlər aydın olur. Ermənistanın üzv olmasından sonra qərarların qəbulu üçün 3 səs olması lazımdır. Qazaxıstan və Belarus Ermənistanın belə situasiyada hansı mövqe tutacağını yaxşı bilirlər”. İsgəndəryanın Ermənistan iqtisadiyyatı ilə bağlı söylədiyi fikirlərdə həqiqət yükü çoxdur. Heç bir iqtisadi dəyəri olmayan Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Erməni rəsmi dairələri belə, etiraf edirlər ki, Rusiyadan pul transfertləri olmasa ölkədə sosial partlayış baş verə bilər. Amma Rusiyanın ABŞ və digər Qərb dövlətləri ilə münasibətlərinin pisləşməsi, Ukrayna böhranı müəyyən iqtisadi çətinliklər yaradıb. Qərbin iqtisadi sanksiyaları, bəzi iri şirkətlərin kapitallarını Rusiyadan çəkməsi böyük olmasa da, Rusiya iqtisadiyyatına müəyyən dərəcədə mənfi təsir göstərir. Bu mənfi təsirin ilk dalğasına isə Ermənistan məruz qalıb. “Nyuas.am” yazır ki, Rusiyadan Ermənistana olan pul transfertləri azalmağa başlayıb ki, bu da ölkə üçün qorxulu tendensiyadır. Cari ilin yanvar-aprel ayları ərzində Rusiyadan Ermənistana pul transfertləri 2 faiz aşağı düşüb. Həmin müddət ərzində Rusiyadan Tacikistana pul transfertləri nə az, nə də çox - 13,4 faiz aşağı düşüb. “Nyus.am” yazır: “Azalmaya baxmayaraq, Ermənistanı cari ilin ilk 5 ayı ərzində daxil olan pul transfertlərinin 81 faizi Rusiyadan olub. Təkcə elə bu fakt Ermənistan iqtisadiyyatının Rusiyadan birbaşa asılılığını təsdiqləyir. Miqrantların iş tapa biləcəyi ölkələrin diversifikasiya edilməsi ilə bağlı vədlər yerinə yetirilmədi. Sanksiyaların Rusiya iqtisadiyyatına təsiri özünü göstərməyə başlayıb. May ayı ərzində məşğuluq səviyyəsində artım olmayıb. Ermənistandan mövsümlük işləmək üçün Rusiyaya üz tutanlar xeyli problemlərlə rastlaşıblar. Əmək miqrantları ilə bağlı qəbul edilən yeni qanunlar Ermənistandan gedənlər üçün çoxlu problemlər yaradıb. Transfertlərin gələcəyi çox dumanlı görünür. Nüfuzlu HSBC bankının proqnozuna görə cari ilin ikinci yarısında Rusiyada ÜDM geriləyəcək. Bu isə ilk növbədə erməni əmək miqrantlarına zərbə deməkdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
01.12.2020
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik
01.12.2020
Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
01.12.2020
Prezident İlham Əliyev: Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı, başqasının buna nə dəxli var?
01.12.2020
Prezident İlham Əliyev: Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info