“Paytaxt“ keksi
Tarix: 16.07.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Tərkibi:
200 q kişmiş (yaxud 150 q kişmiş+50 q gilənar qurusu)
200 q kərə yağı
2 yumurta
200 q şəkər tozu
0,5 ç.q. soda
1 ç.q. limon şirəsi
200 q əla növ un
1 çimdik duz

10 damcı meyvə esensiyası (vanilli şəkərlə əvəzləmək olar)
Kişmişi yuyun, üzərinə qaynar su töküb 15 dəqiqə saxlayın. Suyu süzüb, kişmişi qurudun.
Sobanı 200 dərəcə qızdırın. Formanı kərə yağı ilə yağlayıb 1 ç.q. un səpin.
Yumşaldılmış kərə yağını şişənədək çalın.
Yumurta sarılarını ağlardan ayırın. Yumurta ağlarını soyudun.
Yağı dayanmadan çalaraq yumurta sarılarını və qaşıq-qaşıq şəkər tozunu əlavə edin. Şəkər tozu yağda tam əriməlidir.
Limon şirəsində söndürülmüş soda əlavə edib çalın.
Mikseri söndürün. Suyu çəkilmiş kişmişi əlavə edin. Unun bir hissəsini əlavə edib qaşıqla səliqəylə qarışdırın.
Meyvə esensiyası (və ya vanilli şəkər) əlavə edin, unun qalanını əlavə edin, yenə qaşıqla ehmalca qarışdırın.
Soyumuş yumurta ağlarını duzla möhkəm çalın (həcmi artmalıdır), iki dəfəyə xəmirə əlavə edin (yenə də taxta qaşıqla qarışdırın).
Xəmiri yağlanmış formaya qoyun. Diş çöpüylə üzərini çərtin. Sobada 1 saat bişirin.
Bişmiş keksi tam soyudun, sonra qaba qoyub üzərinə şəkər pudrası səpin.


Vacib məqamlar:
Xəmiri yaxşı çalmaq lazımdır, çalınmış yumurta ağlarını əlavə edərkən isə qaşıqla qarışdırın. Bu, xəmiri oksigenlə zənginləşdirəcək, keks çox gözəl görünəcək.
Formanı mütləq yağlayıb un (yaxud narın suxarı) səpin, ya da perqament döşəyin.
Xəmiri formaya tökəndən sonra diş çöpü ilə üzərində çərtmələr edin ki, keks məhz oradan "çatlasın".
Keksi bişirərkən daimi temperaturu mütləq saxlamaq lazımdır. Sobanın ağzını bu müddətdə qətiyyən açmayın. Ağır və duru xəmir azacıq titrəyişdən, xüsusilə ilk 20-30 dəqiqədə, yatacaq və çiy qalacaq. Düzgün bişirilmiş keks yağlı və nəm olur. Vaxtı ötmüş isə quru olur və acı dadır.
Xəmirin hazır olub-olmadığını adi qaydada, yəni kibrit və ya diş çöpü ilə yoxlayın.
Hazır keksi dərhal formadan çıxarmayın, o, tam soyumalıdır. Sonra formanı böyrü üstə qoyun, bir neçə dəfə qatlanmış dəsmalın üstünə keksi qoyun. Tam soyumuş keksi buluda qoyun, üzərinə vanilli şəkər pudrası səpin.
Un mütləq əla növ olmalı və ələnməlidir. Onun bir hissəsini kartof və ya qarğıdalı nişastası ilə əvəzləyə bilərsiniz. Nişasta keksi hündür edir.
Keksə meyvə esensiyası, yaxud vanildən əlavə, zəfəran dəmləməsiylə da dad verə bilərsiniz. Bu zaman onun rəngi də gözəl olacaq.
Keks üçün quru meyvələri ağız dadınıza görə seçə bilərsiniz: qurudulmuş gilənar, qaragilə və s. Amma klassik reseptlərin hamısında mütləq kişmiş olur. Onu adətən əvvəlcədən yuyur, qaynar suya salır, bəzən də konyakda, yaxud digər spirtli ətirli şərbətdə isladırlar.
Üzərinə səpəcəyiniz şəkər pudrası qupquru olmalıdır.
Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
08.11.2019
“Su böreyi” necə hazırlanır?
07.11.2019
Adana kababı necə hazırlanır?
03.11.2019
Qaraciyər paştetinin hazırlanması
01.11.2019
Naxçıvan mətbəxi - Qatıq aşı
29.10.2019
Məşhur Ordubad qayğanağı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info