Çumbinyonun avrokuboklardakı ikinci qolu
Tarix: 16.07.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın braziliyalı futbolçusu Çumbinyo avrokuboklarda ikinci qolunu vurub. Tam adı Marinaldo da Silva olan cənubi amerikalı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə görüşündə matçın taleyini həll edən topa imza atıb.
Bunadək avrokuboklarda 1 dəfə fərqlənən yarımmüdafiəçi qol hesabını 2-yə çatdırıb. Lakin Çumbinyo iki ilkə də imza atıb. Braziliyalı həm “Qarabağ”ın, həm də özünün qitənin ən nüfuzlu klub turnirində ilk qolunu vurub. Məsələ ondadır ki, Ağdam təmsilçisi kimi cənubi amerikalının özü də Çempionlar Liqasında debüt edib. İlk matç isə cərimə zərbəsindən vurulan qolla əlamətdar olub.
Çumbinyonun avrokuboklardakı ilk qolu da səfərdə vurulmuşdu. Braziliyalı ötən il Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki görüşündə hesabı açmışdı. Həmin matçda onun həmyerlisi Reynaldo Silvanın da qol vurması görüşün 2:0 hesabı ilə bitməsi ilə nəticələnmişdi. Qeyd edək ki, Avropa liqasında Yunanıstan “Atromitos”unda 2, “Qarabağ”da 4 oyuna çıxan futbolçu avrokuboklarda 7-ci görüşünü keçirdi.




 
Bölməyə aid digər xəbərlər
30.11.2019
Türkiyədə TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı olub
22.11.2019
Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq“ ordenini təqdim edib
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
10.11.2019
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info