“Bu qələbə mərhələ keçməyimiz anlamına gəlmir”
Tarix: 17.07.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu Ağdamın “Qarabağ” futbol komandası ikinci təsnifat mərhələsində ilk qələbəsini qazanıb.

Maltada “Ta Qali Milli Stadionu”nda yerli “Valletta” komandası ilə qarşılaşan “Qarabağ”ın heyətində İbrahim Şehiç, Qara Qarayev, Reynaldo, Muarem Muarem, İlqar Qurbanov, Riçard Almeyda, Admir Teli, Ansi Aqolli, Leroy Corc, Bədavi Hüseynov, Çumbinyo meydana çıxıb. “Valletta”nın heyətində isə oyuna Nikolas Vella, Conatan Karuana, İan Atsopardi, Rayan Kamilyeri, Rayan Fenek, Uqo Fariya, Roderik Briffa, Latif Elford-Alliyu, Şon Bayada, Abdelkarim Nafti, Luk Dimek çıxıb. Oyuna fəal başlayan “Qarabağ” 17-ci dəqiqədə hesabı açıb. Topu rəqib komandanın qapısından 70 nömrəli oyunçu Çumbinyo keçirib. Hər iki hissədə rəqibini üstələyən “Qarabağ”ın bir neçə qol vurmaq şansı olsa da oyunçular bundan yararlana bilməyib. Oyun 0:1 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin xeyrinə başa çatıb. Oyunu isveçrəli Adrien Jaccottet idarə edib. Ona həmyerliləri Johannes Vogel, Stephane De Almeida, Sandro Scharer kömək ediblər. Cavab oyunu iyulun 22-də Bakıda keçiriləcək. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra bunları deyib: “Asan oyun olmadı. Maltalılar 90 dəqiqədə göstərdilər ki, hər an qol vurmağa qadirdilər. Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu qələbə bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdi. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdı. Bakıda bizi heç də asan olmayan oyun gözləyir. Oyuna gəlib, üçrəngli bayrağımızı tribunada açan azsaylı azarkeşlərimizə də verdiyi dəstəyə görə təşəkkür edirəm”.







 
Bölməyə aid digər xəbərlər
20.11.2019
UEFA səbətləri açıqladı
20.11.2019
“Xocalı“ klubu yaradıldı
20.11.2019
Mourinyo “Tottenhem“də
20.11.2019
“Tottenhem” baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib
20.11.2019
Avro-2020-ni 1 xalla başa vurduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info