“BRICS qlobal inkişafın hərəkətvericisi olmaq istəyir”
Tarix: 17.07.2014 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Futbol oyunları başa çatdı deyə, artıq pul barədə danışmaq vaxtıdır. "La Nacion Argentina" yazır ki, təhlükəsizlik orqanları tərəfindən əhatələnmiş Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika liderləri bu gün BRICS-in altıncı iclasını keçirirlər.
İclasın gündəliyində duran əsas məsələlər: xüsusi maliyyə institutlarının, inkişaf bankının və valyuta ehtiyatlarının yaradılmasıdır. 13 il bundan əvvəl «Goldman Sachs» bankının əməkdaşı, iqtisadçı Cim O’Nil tərəfindən qısaldılmış adı BRICS kimi tanınan təşkilatın ideyası verilib. 2010-cu ildə müxtəlifnövlü dövlətləri birləşdirən bu təşkilata Cənubi Afrika da qoşulub və hazırda burada dünya əhalisinin 42%-i, dünya ÜDM-in 21% -i təmsil olunur. Qeyd edək ki, son illərdə BRICS-də iqtisadi artımın azalma tempinə baxmayaraq, hazırda qlobal inkişafın lokomotivi olmağa çalışır. Təşkilatın 2016-cı ildə fəaliyyətə başlayacaq İnkişaf Bankının 50 milyard dollar nizamnamə kapitalı olacağı gözlənilir.
Diplomatik mənbələrə görə, Dünya Bankının maliyyə təşkilatına alternativ kimi yaradılan BRICS Çinin Şanxay şəhərində yerləşəcək və ilk beş ildə ona Hindistan rəhbərlik edəcək, sonrakı dövrlərdə isə sədrlik Braziliya və Rusiyaya keçəcək. Bankın əsas vəzifəsi ilk növbədə üzv ölkələrin infrastruktur layihələrini maliyyələşdirmək olacaq və sonradan BRICS-yə daxil olmayan digər inkişaf etməkdə olan ölkələrə də kredit verməyə başlayacaq. Braziliyanın Fortaleza şəhərində 7689 nəfərlik təhlükəsizlik personalı ilə əhatələnmiş Braziliya, Rusiya, Çin və Cənubi Afrika prezidentləri ilə yanaşı, təşkilata yenicə üzv olmuş Hindistanın baş naziri Narendra Mori müqavilənin son detalları barədə razılığa gəliblər.
Xatırladaq ki, valyuta fondu 100 milyard dollar olacaq təşkilatın əlavə 100 milyard da valyuta ehtiyatları olacağı bildirilir. Valyuta fondunun 41 milyard dollarını Çin, 18 milyard dolların Rusiya, Braziliya və Hindistan,
qalan 5 milyardı Cənubi Afrika təmin edəcək.
Bu saziş BRICS-in Cənubi Afrikanın Durban şəhərində keçirilən son sammitində əldə olunub. Bu iki əsas struktur ilə BRICS Dünya Bankı və BVF-yə qarşı alternativ, yeni bir qlobal maliyyə arxitekturasını qurmaq niyyətindədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info