Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb
Tarix: 17.07.2014 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi Cənubi Qafqaz regionundan olan diplomatlar üçün treninq proqramının iştirakçıları və Benilüks Azərbaycanlıları Konqresinin gənc üzvləri ilə "dəyirmi masa" təşkil olunub. Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycandan və Gürcüstandan olan gənc diplomatlar, Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun professor heyəti, Niderlandda fəaliyyət göstərən aparıcı diaspor təşkilatları - Benilüks Azərbaycanlıları Konqresi, Niderland Krallığında yaşayan gənc azərbaycanlı mütəxəssislər və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbiri səfirliyin müşaviri Aliyə Ağazadə giriş nitqi ilə açaraq qonaqları salamlayıb, Azərbaycanın xarici siyasətinin uğurlarından danışıb. O, cari ilin iyul ayının 7-də Xarici İşlər Nazirliyində keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsinin əsas məqamlarını diqqətə çatdırıb, müşavirədə Azərbaycan Respublikasının Prezidentinin çıxışı əsasında Azərbaycan diplomatlarının qarşısına qoyulan məqsədlər barədə iştirakçıları məlumatlandırıb, Azərbaycan diplomatiyasının prinsipial və müstəqil olması, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının artması, Azərbaycanın dünyada özünün etibarlı dost və tərəfdaş kimi təsdiq etməsi, Azərbaycanın müsbət beynəlxalq imici, ölkənin uğurlu enerji siyasəti və bu xüsusda digər vacib məqamlara toxunub. Bundan əlavə, ölkənin daxili, xarici, iqtisadi, sosial inkişafı, ordu quruculuğu sahəsində düşünülmüş konseptual yanaşmaya söykənən siyasətinin uğurlarını xüsusi olaraq vurğulayıb.
Tədbir zamanı iştirakçılara Azərbaycanın dinamik iqtisadi inkişafı sahəsində əldə etdiyi uğurlar, yüksək iqtisadi artım, regionların inkişafı, əsaslı quruculuq işləri, həmçinin Azərbaycanda gənclərlə bağlı siyasət və bu sahələrdə reallaşdırılan proqramlar haqqında ətraflı məlumat verilib. Daha sonra Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri, regionda uzadılmış münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hal-hazırda problemin həlli istiqamətində aparılan işlər dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Cənubi Qafqazda uzadılmış münaqişələr regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. İştirakçılar tərəfindən sözügedən münaqişələrin beynəlxalq hüququn prinsipləri - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin rəhbər tutularaq həllinin vacibliyi vurğulanıb.
Dəyirmi masa maraqlı diskussiya şəraitində keçib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunanlarla yanaşı, dəyirmi masa iştirakçıları Səfirlikdə "YARAT" Müasir İncəsənət Məkanı ilə birlikdə 28 iyun - 18 iyul 2014-cü il tarixlərində təşkil olunan gənc azərbaycanlı fotoqraf Nəzrin Məmmədovanın əsərlərindən ibarət sərgiyə tamaşa ediblər. Sözügedən sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş film nümayiş etdirilib. Dəyirmi masadan sonra ziyafət təşkil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14.11.2019
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14.11.2019
Bu gecə Almaniya və Bavariyadan xeyli azərbaycanlı “siyasi mühacir“in deport olunacağı gözlənilir
14.11.2019
Bir qrup şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib
14.11.2019
Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info