“Şahdəniz” yatağından 47,3 milyard kubmetr qaz hasil olunub
Tarix: 17.07.2014 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Ötən il “Şahdəniz” yatağından təxminən 9,8 milyard kubmetr qaz, 2,48 milyon ton (19,6 milyon barel) kondensat çıxarılıb. Bu barədə bp şirkətinin Azərbaycanda 2013-cü il üçün davamlı inkişaf haqqında hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, yataqdan gündə təxminən 26,8 milyon kubmetr qaz və 53740 barel kondensat hasil edilib. 2006-cı ilin sonlarında “Şahdəniz” yatağında hasilata başlanandan 2013-cü ilin axırınadək təxminən 47,3 milyard kubmetr qaz və təxminən 99,5 milyon barel (12,6 milyon ton) kondensat çıxarılıb. Mövcud qurğuların optimallaşdırılması nəticəsində “Şahdəniz-1” layihəsinin hasilat gücü təxminən gündə 970 milyon kubfut qaz və təxminən gündə 55 min barel kondensat səviyyəsinə qədər artırılıb. Ümumiyyətlə, 2013-cü ildə “Şahdəniz” Konsorsiumu əməliyyat xərclərinə təxminən 200 milyon, əsaslı xərclərə 1 milyard 700 milyon dollar vəsait sərf edib. 2014-cü ildə isə əməliyyat xərclərinin 200 milyon, əsaslı xərclərin 4 milyard dollar olacağı gözlənilir. Əsaslı vəsaitin əksər hissəsi Səngəçal terminalının genişləndirilməsini əhatə edən “Şahdəniz-2” layihəsinə yönəldiləcək.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir
13.11.2019
Hesab.az-dan 3500 nəfər pulsuz plastik bank kartları və stikerləri qazandı!
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13.11.2019
Misir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
13.11.2019
“Dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info