Gələn ilin əvvəllərinədək Su Oyunlarının keçiriləcəyi əraziyə yeni yol çəkiləcək
Tarix: 17.07.2014 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolunun çəkilməsi layihəsi 2015-ci ilin əvvəllərində başa çatdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir. Layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi, kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri və 5711 m uzunluğunda bağlantı yolların tikilməsi nəzərdə tutulub.
Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçidinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidlərinin tikintisi davam etdirilir.
Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır.
Yeni inşa olunacaq bağlantı yolların köməyi ilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdimi bu ərəfədə aparılacaq
07.12.2019
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb
07.12.2019
Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir
07.12.2019
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
06.12.2019
Rabitə işçiləri və onların ailə üzvləri üçün müjdə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info