ABŞ Ermənistanı əməkdaşlıq siyahısına salmadı
Tarix: 17.07.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib. “Black Sea News” agentliyinin verdiyi məlumata görə, qanun layihəsi Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur. Sənəd yekun oxunuşda qəbula hazırlanmaq üçün müvafiq komissiyaya göndərilib.
Layihəyə əsasən ölkələrə NATO-ya üzv olmadan ABŞ-ın müttəfiqi statusu onların ABŞ-dan hərbi sistem və ya xidmətlər ala bilməsi üçün müəyyən meyarlar çərçivəsində veriləcək. Ukrayna, Gürcüstan və Moldovadan başqa, Azərbaycan, eləcə də Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo təhlükəsizliyin təmin olunması və ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala biləcəklər. Siyahıda Ermənistanın adı yoxdur.
Sənəddə Ümumdünya Ticarət Təşkilatının üzvlərinə təcili təbii qaz ixracını təmin etmək üçün təbii qaz haqqında qanuna dəyişiklik edilməsi, Ukrayna, Gürcüstan və Moldovaya bu sahədə yardım göstərilməsi də əksini tapıb.
Qanun layihəsi ABŞ-ın bütün federal idarə və qurumlarına Rusiya Federasiyasının Krım üzərində suverenliyinin tanınması istiqamətində hər hansı addım atmağı qadağan edir. Dövlət katibinə keçmiş sovet respublikalarında siyasi və qeyri-hökumət təşkilatlarını, demokratik institutları möhkəmləndirmək və təhsil-mədəniyyət sahəsində mübadiləni fəallaşdırmaq tövsiyə olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
İran ilə bağlı qorxunc iddia...
22.11.2019
İngiltərə DEAŞ-lıların yetim uşaqlarını Suriyadan geri gətirir
22.11.2019
Rus qırıcılarının İdlibə aviazərbələri nəticəsində 5 nəfər həyatını itirdi
22.11.2019
Varşavada erməni təxribatının qarşısı alınıb
22.11.2019
Tramp Maliyyə hesabatlarını açıqlayacağını bildirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info