İki üzü də sensorlu şəffaf ekran
Tarix: 17.07.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Yeni yaradılan bu ekranlarda ekranın hər iki hissəsi toxunuşa reaksiya verir.
“Korea Advanced Institute of Science and Technology” (KAIST) tərəfindən dizayn edilən yeni şəffaf sensorlu ekrana “TransWall” adı verilib. Ekranın iki üzündən də görüntü alına bilir, həm də ekranın iki üzündə də işləmək mümkündür.
T şəklində bir formada olan bu ekrana iki proyektordan görüntülər yollanılır. İki qat plastik şüşənin arasında holoqrafik film qoyularaq yaradılan ekranın hər qatında toxunma sensoru və mikrofon yer alır. Beləcə, ekranın iki fərqli tərəfində olan insanların ünsiyyəti baş tutur. Həm də mexanizmə əlavə olunan elektronik bir cihazla ekranın verilən əmrlərə titrəşim ilə cavab verməsi baş tutur.
Ekranın istifadəçiləri ekranda bir hər hansı bir şey cıza, şəkilləri seçə, fotoları sürüşdürə bilər. Yəni, qısacası normal bir sensorlu ekranda edə biləcəyiniz şeylərin hamısını “TransWall”da da etmək mümkün olacaq. “TransWall” un yaradıcıları bunun alış-veriş mərkəzlərində, muzeylərdə və parklarda insanların təcrübələrini artırmaq üçün istifadə oluna biləcəyini söyləyir.
Günəş




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Kişilərin azlıq təşkil etdiyi ölkələr
08.12.2019
Dünya suyun altında qala bilər
08.12.2019
9 yaşlı universitet tələbəsi: “Məqsədim insan ömrünü uzatmaqdır“
08.12.2019
Axşam yemək yeməyin qadınlar üçün riskləri
07.12.2019
Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info