Qızı üçün paltar toxudu, fantastik qiymətə satdı
Tarix: 17.07.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Sadə, əlvan rezin lentlərdən toxunan "Loom" adlı qolbaqlar dünyaca məşhurdur. Devid Bekhem, şahzadə Harri, müğənni Mayli Sayrus, teleaparıcı Cimmi Kimmel, müğənni Eddi Vedder, Kornuoll hersoginyası, şahzadə Uilyamın xanımı hersoginya Keyt - bu şəxslərin biləklərində "Loom" qolbaqları görünüb.
"Amazon" onlayn dükanında satışların həcminə və populyarlığına görə bütün oyuncaqları geridə qoymuş "Loom"un pərəstişkarlarının sayı sürətlə artır.
Bəlkə də, elə bu məqam eBay onlayn-hərracında yeni rekordun təməli və səbəbidir.

Britaniyanın Şimali Uels qraflığındakı Pristatyn şəhərində yaşayan 50 yaşlı Ketrin Bernand 12 yaşlı qızı üçün "Loom" oyuncaqlarından paltar toxumuşdu.
Ammma 12 yaşlı Sian paltarı bəyənmədi.

Ana da rəfiqəsi Helen Smitin məsləhəti ilə paltarı eBay-də satışa çıxarmaq qərarına gəldi.
Beləcə, 2500 "Loom" dəstindən toxunmuş paltar satışa qoyuldu.

Hərracın nəticəsi Ketrini şoka salıb. Çünki 3,5 həftəyə toxuduğu və 50 funt-sterlinqə satışa çıxardığı paltar 170.100 funta satılıb.

"Hərraca 137 nəfər qatıldı. Sözün açığı, hələ də şokdayam! Kompüterim olmadığı üçün nəticələri Helen mənə deyirdi. Qızım üçün toxuduğum platarın belə fantastik qiymətə satılacağını ağlıma da gətirməzdim. Vergiləri və rüsumları ödəyəndən sonra pulları aramızda tən böləcəyik", - deyə Helen Smit bildirib.

Ketrinin dediyinə görə, qazandığı pullara oğlu Piter üçün avtomobil alacaq.

"Pulları harasa yatırmaq və ya biznes qurmaq niyyətində deyiləm. Beş il əvvəl ərim öldü, biznesimizi və evimizi itirdik. İndi kirayədə qalırıq. Ev almaq, ipoteka krediti götürmək fikrim yoxdur. Dincəlmək, pulları əyləncə və istirahətə xərcləmək istəyirəm. Həyat çox qısadır. Bunu əla bilirəm. Rəfiqəm Ketrin isə əri Konrad üçün maşın almaq, iki qızına da maliyyə yardımı etmək niyyətindədir", - deyə Helen bildirib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - VİDEO
30.11.2020
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub
30.11.2020
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
30.11.2020
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
30.11.2020
Azərbaycanda evdən çıxmaq qadağan olunacaq, iş yerləri bağlanacaq, əgər...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info