“Şəki ES”: Texniki qulluq işləri uğurla davam etdirilir
Tarix: 17.07.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Son illər enerji sistemdə həyata keçirilən nəhəng layihələr ölkənin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi böyük qayğının təzahürüdür. Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş Şəki Elektrik Stansiyası şimal-qərb bölgəsinin əhalisi üçün böyük töhfədir. Bölgəyə nur paylayan bu generasiya gücü regionun elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin edərək, sosial-iqtisadi inkişafa təkan verir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin iyun ayında 17,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə bu rəqəm 134,5 milyon kilovatsaata yaxın təşkil edib.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, son üç ay ərzində bir porşen tipli aqreqatda əsaslı təmir işləri həyata keçirilib, beşində isə istismar həddinə uyğun növbəti texniki qulluq işləri başa çatdırılıb. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Təmir-bərpa işləri ilə yanaşı abadlıq, yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilib, o cümlədən dekorativ və meyvə bağlarına xüsusi qulluq edilib. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilib. Bütün bunlarla yanaşı cari ildə heyətin bilik və bacarıqlarının yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar təftiş edilərək qüsurlar aradan qaldırılıb, sexlər, inzibati və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənib.
Xatırladaq ki, ümumi gücü 87 MVt olan “Şəki” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.
Günəş




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info