“Sabah” qrupundakı tələbələr yemək və yataqxana ilə təmin olunacaq
Tarix: 17.07.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb və bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib”. Bunu Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, “SABAH”a qəbul olmaq istəyənlər ikinci mərhələdən-test mərhələsindən keçiblər: “750-yə yaxın müxtəlif ixtisaslı tələbə müsabiqə mərhələsinə (sonuncu mərhələ) buraxılıblar”. Sektor müdirinin sözlərinə görə, müsabiqədən sonra, 3 gün ərzində “SABAH” qrupunun formalaşdırılması tamamlanacaq:“Akademik göstəricilər, imtahandan yığdığı ballar, müsabiqənin nəticələri və s. təhlil olunduqdan sonra, təxminən 1 həftə müddətində adıçəkilən qrupun tam tərkibi müəyyənləşdiriləcək. Bununla bağlı Təhsil Nazirliyinin və eyni zamanda, “SABAH”ın saytında məlumat yerləşdiriləcək”. “SABAH” qruplarına hər il qəbul aparılacağını bildirən S. Gözəlov qeyd edib ki, aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Damla” yataqxanası var. “SABAH” qrupunun 300-350 aztəminatlı tələbəsi orada yerlə təmin olunacaq. Gələn ildən isə bu cür yataqxanaların sayı artırılacaq”.
“Gənclərin “SABAH” qrupuna marağı Təhsil Nazirliyini qane edirmi” sualına nazirlik rəsmisi belə cavab verib: “Birinci il üçün bu maraq kifayət qədərdir. Hər işin başlanğıcında müəyyən çətinliklər olur. İqtisadiyyat və humanitar ixtisasların tələbələri “SABAH” qrupuna qəbul olmaqla bağlı daha aktivdirlər. Bu da ondan irəli gəlir ki, həmin ixtisaslarda təhsil alanların ali məktəblərə qəbul balları yüksək olub və həmin tələbələrin elmə, təhsilə marağı böyükdür. Amma bütövlükdə gənclərimizin marağı bizi qane edir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13.12.2019
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirini təbrik edib
13.12.2019
İstirahət günlərində gözlənilən hava proqnozu
13.12.2019
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 15,4 milyon manat ayrılıb
13.12.2019
Prezident 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info