“Əməliyyat-axtarış qurumlarının fəaliyyətini təkmilləşdirməliyik”
Tarix: 17.07.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda dələduzluq cinayətlərinin sayı artıb. Bunu 2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, dələduzluq cinayətlərinin əksəriyyəti qulluq mövqeyindən sui-istifadə etməklə törədilən cinayətlərdir: “Biz digər dövlət qurumları, Baş Prokurorluğun digər qurumları, eləcə də vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirik. Əgər bu əməkdaşlıq olmasa, korrupsiyaya qarşı səmərəli mübarizə apara bilmərik”.İdarə rəisi qeyd edib ki, “Qaynar xətt”ə daxil olan müraciətlərin sayında azalma müşahidə edilir: “Bu isə “ASAN xidmət” mərkəzlərinin açılması və digər xidmət sahələrini əhatə etməsi ilə bağlıdır. “Qaynar xətt”ə daxil olan məlumatların çoxu əsasən ümumi xarakter daşıyıb. Əvvəllər konkret rüşvət faktları ilə bağlı idisə, indi korrupsiyaya şərait yaradan səbəblər barədə olur. Belə bir tendensiyanın olması xəbər verir ki, biz daha çox digər sahələrdə, əsasən əməliyyat-axtarış qurumlarının fəaliyyətini təkmilləşdirməliyik”. K. Əliyev idarəyə hüquq-mühafizə orqanlarından 38 material daxil olduğunu söyləyib: “Onlardan 7-si həmin dövlət qurumlarının öz əməkdaşları barəsində olub” .

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
26.11.2020
UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb
26.11.2020
“Vətən Müharibəsi Qəhrəmanı“ adı təsis edildi - Əsasnamə təsdiqləndi
26.11.2020
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
26.11.2020
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info