“Sənaye ili” çərçivəsində KİV üçün məlumat turu təşkil edildi
Tarix: 17.07.2014 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin "Sənaye ili" elan olunması aparılan işləri daha da genişləndirmiş və sənayeləşməni sürətləndirib. Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir. Prezidentin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, ölkəmizin sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərini təşkil edir. Növbəti belə məlumat turu Bakının Xəzər və Suraxanı rayonlarının ərazisində yerləşən müəssisələrə təşkil edilib. Media nümayəndələri əvvəlcə “Titan Grup” Sənaye Şirkətlər Birliyində olublar. Burada onlara məlumat verilib ki, şirkət 1990-cı ildən ticarət və sənaye soyuducu avadanlıqlarının istehsalçısı kimi fəaliyyətə başlayıb. 1996-cı ildən “Titan Grup” Sənaye Şirkətlər Birliyi restoran və ictimai-iaşə müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqların, 2000-ci ildən isə iri həcmli soyuducu və dondurucu kameraların layihələndirilməsi, istehsalı və bütün mühəndis hesablamalalarını həyata keçirir. Bu il “Titan Grup”un ümumi dəyəri 20 mln. manat olan Binə qəsəbəsində qida sənayesi avadanlıqları istehsal edəcək yeni zavodu fəaliyyətə başlayacaq. Layihəyə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. manat həcmində güzəştli kredit ayrılıb. Artıq zavodda tikinti-quraşdırma işləri başa çatdırılıb. Layihəyə əsasən, zavod istixana konstruksiyaları və qida sənayesi avadanlıqları istehsalı bölmələrindən ibarət olacaq. Hazırda İtaliya istehsalı olan ən müasir avadanlıqların quraşdırıldığı zavodda qida sənayesi avadanlıqları – istilik, qənnadı, camaşırxana avadanlıqları, paylama xətləri, mətbəx ləvazimatları, dolablar və s. istehsal olunacaq. Məlumat turu çərçivəsində KİV nümayəndələri “ATEF Şirkətlər Qrupu” MMC-də də olmuşlar. KİV nümayəndələrinə məlumat verilib ki, müəssisə 1961-ci ildə yaradılmış “Bakı Transformator Zavodu” ASC-nin bazasında qurulmuşdur. O dövrdə “Bakı Transformator Zavodu” ASC keçmiş SSRİ ərazisindəki quru transformatorları istehsalı üzrə ixtisaslaşmış yeganə müəssisə idi. Hazırda müəssisəyə elektrik avadanlıqları istehsalı ilə məşğul olan üç zavod (“ATEF Elektromaş”, “ATEF Transformator” və “İri Qabaritli Transformator”) və metollokonstruksiya zavodu daxildir. “ATEF Şirkətlər Qrupu” tərəfindən elektrik avadanlıqları, yağ transformatorları, komplekt transformator yarımstansiyaları, mayesiz transformatorlar, ən mürəkkəb metallokonstruksiyalar, modul tipli yarımstansiyalar, paylayıcı qurğular istehsal edilir. Müəssisə tərəfindən istehsal olunan avadanlıqlar Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, Bolqarıstan və Afrika ölkələrinə ixrac edilir. Müəssisə məhsulların istehsalında Almaniya, Türkiyə, İsveçrə və s. ölkələrin avadanlıqlarından istifadə edir. Hazırda müəssisədə 1200 nəfər işləyir. Sənaye müəssisələrinə təşkil edilmiş növbəti məlumat turu KİV nümayəndələri tərəfindən maraqla qarşılanmış, media nümayəndələrinin müəssisələrin fəaliyyətinə dair sualları cavablandırılıb. “Sənaye ili” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən paytaxt Bakıda və ölkə regionlarında fəaliyyət göstərən digər sənaye müəssisələrinə də məlumat turlarının təşkili nəzərdə tutulur.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info