İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edib
Tarix: 21.07.2014 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, vətəndaş müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və sənaye naziri tərəfindən də mütəmadi olaraq vətəndaşların qəbulu keçirilir, onların müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Qeyd edək ki, bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt, Siyəzən və Ağdamda vətəndaş qəbulları keçirilmiş, 350-dən çox vətəndaş fərdi şəkildə qəbul olunmaqla müraciətlərinə baxılıb. İndiyədək isə iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə 20 vətəndaş qəbulu keçirilmiş, bu qəbullarda 1200-dək vətəndaş iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin vətəndaşlarla növbəti görüşü iyulun 19-da Zaqatalada keçirilib. Zaqatala şəhər 2 saylı tam orta məktəbin binasında təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların əksər müraciətləri yerindəcə həll edilib. Araşdırılma tələb olunan, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Zaqatalada keçirilmiş qəbulda iqtisadiyyat və sənaye naziri 100-dək vətəndaşı qəbul edib. Vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və s. məsələlərlə bağlı olub. Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılıb, vətəndaşlar diqqətlə dinlənilib və onların müraciətlərinin operativ həlli üçün müvafiq tədbirlər görülüb.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər. Qeyd edək ki, Zaqatalada keçirilmiş qəbulla bağlı vətəndaşlar nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin internet və “Facebook” səhifələri vasitəsilə qəbula yazılıblar. Bundan başqa, nazirliyin saytında və “Facebook” səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi vasitəsilə də vətəndaşların qəbula dair müraciətləri qeydiyyata alınıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
07.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr
07.08.2020
Kanadada yaşayan 15 yaşlı həmyerlimizin uğuru
06.08.2020
Gülnarə İsmailova: “Sosial sahibkarlıq qeyri-neft sektorunun inkişafına birbaşa dəstəkdir”
06.08.2020
Özbək professordan dünya analarına müraciət: “Bitsin bu işğal!”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info