Dərisini “bəzəyən“ adam sinəsinə kəllə qoyacaq
Tarix: 21.07.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


O, 2009-cu ilədək Metyu Uilan idi.
2009-cu ildə isə adını dəyişərək "Ink Land King Body Art The Extreme Ink-Ite" oldu.
24 yaşlı bu şəxsin dərisində tatuajla örtülməmiş az yer var. İngiltərənin Birmingem şəhərində yaşayan Metyu Britaniyanın ən tatuajlı insanı sayılır.
Metyu bu qəribə tutqusunda dayanmaq niyyətində deyil. O, plastik cərrahiyyə əməliyyatlarına məruz qalaraq bədənində yeni dəyişikliklər edib.
Çiyinlərinə və qollarına silikon implantatlar qoyduran Metyu başının arxasına tanınmış teleaparıcı Ceremi Kaylın teleşousunun adını ("Jeremy Kyle Show) yazdırıb.
"Əməliyyat çox ağrılı idi. Sanki, bədənimi mişarla kəsirdilər", - Metyu deyib.
Başdan ayağa dərisi tatuajla örtülmüş Metyunun sözlərinə görə, tatulara indiyədək 30 min funt-sterlinq xərcləyib.
Onun hətta sol gözünün bəbəyində də tatu var.
"Bart" ləqəbi kimi tanınan Metyunun sözlərinə görə, sol sinəsinə, dərinin altına kiçik "insan kəlləsi" yerləşdirmək niyyətindədir: "Bu təbii ki, silikon implantat olacaq. Əməliyyata hazırlaşıram".
Bədəninin 90 faizi tatuajla örtülü olan Metyu yeni "Ink Land King Body Art The Extreme Ink-Ite" adının yazılacağı pasport almaq istəsə də, onun bu tələbi rədd edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb
21.08.2019
Adıyamanda yüz milyon illik qalıqlar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info