Ukrayna ordusu həlledici hücuma keçdi
Tarix: 21.07.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası ölkənin şərqində separatçıların əlində olan Luqansk və Donetsk şəhərlərinə doğru bir neçə istiqamətdən hücuma başlayıb. Ukrayna saytlarına (“112.ua”, “MİGnews.com.ua”, “Censor.net”, “Pravda.com.ua”) və hərbi ekspert Dmitri Tımçukun verdiyi məlumata görə, antiterror əməliyyatına cəlb olunmuş qüvvələr Luqansk vilayətinin Rubejnoye şəhərinin bütün perimetrini nəzarətə götürərək şəhəri separatçılardan təmizləməyə başlayıb. Vilayətin Lisiçansk şəhəri də mühasirəyə alınıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün “Facebook” səhifəsində ordunun Luqansk vilayətinin Severodonetsk şəhərinə daxil olduğunu və Lisiçansk şəhəri istiqamətində hərbi əməliyyatların davam etdiyini yazıb: “Rusiyalı terrorçuların ətrafında mühasirə həlqəsi daralır, hücum davam edir. Severodonetsk şəhərinə daxil olmuşuq, Lisiçansk, Rubejnoye və Popasnaya şəhərlərində düşmən sıxışdırılır, onlar vacib magistral yollardan təcrid edilib. Terrorçu dəstələrin başçıları panikadadır və bir-biriləri ilə mübahisə edirlər, bir-birini şantaja keçiblər. Onlardan bəziləri qaçmağa çalışsa da, Putin onları Rusiyaya buraxmağı qəti qadağan edib”.
Ukrayna ordusunun tankları Donetsk şəhərindən 44 km məsafədə yerləşən və “Bes” ləqəbli terrorçu İqor Bezlerin nəzarətində olan Qorlovka şəhərinə bitişik Mayorsk stansiyasına da daxil olub. Şəhərin mərkəzində atəş səsləri eşidilir. Separatçıların “Qrad” qurğularından ordu hissələrinə atəş açdığı xəbər verilir. Qondarma “Donetsk Xalq Respublikası”nın “baş komandanı” olan Strelkov ləqəbli Rusiya vətəndaşı İqor Girkin Donetsk istiqamətində gedən döyüşlər barədə məlumat verib. O, hazırda Avdeyevka (Donetsk şəhərindən 18 km aralı), Dzerjinsk (Donetskdən 52 km aralı), Peski (Donetskdən 15 km aralı), Karlovka (Donetskdən 30 km aralı), Debaltsevo (Donetskdən 75 km aralı), Netaylovo (Donetskdən 27 km aralı) yaşayış məntəqələrində döyüşlər getdiyini söyləyib: “Düşmən Avdeyevka qəsəbəsinə daxil olaraq oradan Donetsk şəhərinin dəmir yoluna doğru hərəkət etməyə başlayıb. Peski, Karlovka, Netaylovodakı mövqelərimiz eyni anda hücuma məruz qalıb. Düşmən 15 tankla Debaltsevoya soxulub. Dzerjinskdə Milli Qvardiya ilə döyüş gedir”.
İ. Girkinin sözlərinə görə, Rusiyanın qəti qərar qəbul etməsinin vaxtı çatıb: “Rusiya nəhayət, qərar verməlidir ki, Donbassdakı rusları müdafiə edəcək, yoxsa onları birdəfəlik satacaq?! Qalan başqa şeylər üçün vaxt itirilib. Üç aylıq fəaliyyətsizlik düşmənin öz qüvvələrini artırmasına və döyüş qabiliyyətli ordu yaratmasına imkan verib”.
Donetsk şəhərindəki 51 saylı orta məktəbin və dəmir yolu vağzalının yaxınlığında baş verən atışma zamanı 4 dinc sakinin öldüyü bildirilir. Donetsk dəmir yolu vağzalındakı “Amstor” ticarət mərkəzi ətrafında mərmi partlayışı nəticəsində də ölənlər olduğu xəbər verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Ankarada Çingiz Aytmatovun heykəli ucaldıldı
12.12.2019
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
12.12.2019
Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
12.12.2019
Daşkənddə Ulu Öndərin xatirəsi anılıb
12.12.2019
Ümummilli Liderin əziz xatirəsi İstanbulda da anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info