Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Tarix: 21.07.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Bu gün Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. Şuradan verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşovun sədrliyi ilə keçirilən iclasda İH üzvləri müzakirələrdən sonra 4 məsələnin gündəliyə daxil edilməsi barədə razılığa gəliblər.
Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. “Yeni həyat”, “İrəvanın səsi”, “KATV1” qəzetlərinin, “Azərbaycan”, “Azərbaycan məktəbi”, “Günəş” jurnallarının, “AJB.az”, “Strategiya.az” saytlarının və “Yazıçı” nəşriyyatının MŞ sıralarına qəbul olunması barədə qərar qəbul olunub.
Sonra Şikayətlər üzrə Komissiya və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar qəbul edilib. “Kafkaznews” və “Azad Azərbaycan Respublikası” qəzetlərinin adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması məqsədəuyğun sayılıb. “Demokratiya.info” saytına və “Poliqon” İnformasiya Agentliyinə (pia.az) ciddi xəbərdarlıq olunub. Daha 3 KİV barədə də ölçü götürülüb. Belə ki, “Azadlıq” və “IV hakimiyyətin səsi” qəzetlərinə, həmçinin Jurnalist Araşdırma Mərkəzinə (jam.az) MŞ-nin xəbərdarlığı elan olunub.
İclasın sonunda Mətbuat Şurasının Ali Media Mükafatının 2014-cü il üçün laureatlarının adları müəyyənləşdirilib. Mükafatlar iyulun 22-də Bakının “Altun Saray” restoranında keçiriləcək mərasimdə təqdim ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info