Milli mətbuatımız inkişafının yeni mərhələsinə qədəm qoyub
Tarix: 22.07.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib. Neçə illərdir ki, davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı fərman imzalayıb. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul günü həmin vaxtdan hər il ölkəmizdə Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Mətbuata dövlət qayğısı ənənəsini Prezident İlham Əliyev də yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının, kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Mətbuat Günü münasibətilə iyulun 22-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
Görkəmli maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. Bildirib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunub, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılıb. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi yaradıcılığın təməl prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxışında son illər ölkəmizdə medianın inkişafı, söz və fikir azadlığının təmin olunması istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, mətbuatın hüquqi-normativ bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun iqtisadi müstəqilliyinin təmin edilməsi də dövlətin diqqət mərkəzindədir. Azərbaycanda 156 jurnalistin dövlət tərəfindən mənzillə təmin olunması bunun parlaq nümunəsidir.
Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”nin senzura ilə üzləşdiyini vurğulayaraq Azərbaycanda həmin məhrumiyyət mühitinin 123 il sonra 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyev tərəfindən aradan qaldırıldığını söyləyib. B.Sadıqov ulu öndərin imzaladığı müvafiq fərmanı Həsən bəyin görmək istədiyi azad cəmiyyətin və mətbuatın formalaşdırılması istiqamətindəki ən mühüm, xalqa və millətə xidmətin bariz nümunəsi kimi dəyərləndirib. O, qeyd edib ki, müasir Azərbaycanda azad sözə və müstəqil mətbuata dövlət səviyyəsində xüsusi önəm verilir.
Bildirilib ki, 139 il əvvəl görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı olacağını bilsəydi, qürur hissi keçirərdi. Azərbaycanda mətbuat çətin və şərəfli yol keçib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Milli mətbuatımız inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu inkişaf uğurla davam edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı
17.09.2019
“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə
17.09.2019
“Dövlət Təhlükəsizliyi Xidməti müraciətə kifayət qədər ciddi yanaşır”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info