AGAT Milli Mətbuat Gününü jurnalistlərlə bilikdə qeyd edib
Tarix: 23.07.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Milli Mətbuat Günü münasibətilə dəyərli jurnalistlər və mətbuat qurumlarının nümayəndələri ilə birlikdə təbrik yığıncağı keçirib. Tədbirdə AGAT-ın sədri Gülsel Səfərova fəaliyyətlərinin mediada daima yüksək səviyyədə işıqlandırıldığını dedi: “Bu, mətbuat qurumları və onların rəhbərliyi tərəfindən bizə göstərilən diqqətdir. Ümid edirik ki, dövlətçilik və azərbaycançılıq ideyalarını əsas tutaraq bundan sonra da birgə fəaliyyətimiz olacaq. Peşə fəaliyyətinizdə və gələcək işlərinizdə daima uğur arzulayırıq. Milli Mətbuat Gününüz mübarək olsun!”
Mərasimdə AGAT-la əməkdaşlıq edən mətbuat qurumlarına minnətdarlıq bildirildi. Bundan sonra da qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində lazımi addımların atılacağı vurğulandı. Ölkəmizdə mətbuatın uğurları, yeri və rolu barədə danışıldı.
Sonda AGAT-la əməkdaşlıq edən jurnalistlərin və media qurumlarının adları yazılmış tort kəsildi. Mərasim şirniyyat süfrəsi arxasında səmimi söhbət və bayram əhval-ruhiyyəsində davam etdirildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info