Sosial şəbəkələr dərs planına salınacaq?
Tarix: 23.07.2014 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Amerikalı alimlərin qənaətincə, dərs prosesində sosial şəbəkələrin müsbət cəhətlərindən faydalanmaq lazımdır.
Bu yaxınlarda aparılmış araşdırmalar göstərib ki, dərs zamanı elektron poçt, “WhatsApp” mesajlarını və ya “Facebook” lentlərini yoxlayan tələbələr təhsildə uğursuzluğa düçar olurlar. Əvvəllər belə hesab edilirdi ki, əgər insan eyni vaxtda bir neçə işi görürsə, beyin fəaliyyətinin effektivliyi artır. Son araşdırmalar isə bunun əksini sübut edib.
"Computers & Education" jurnalında dərc olunmuş məqalədə deyilir ki, internetdən qeyri-akademik səviyyədə istifadə ilə bağlı aparılmış araşdırmada iştirak edən 500 tələbədən mühazirə zamanı nə etdiklərini soruşublar. Onların hər birinin əlində qeyd üçün smartfon və ya planşet olub. Ancaq tələbələr həmin cihazları mühazirəyə aid olmayan qeyri-akademik məqsədlər üçün də istifadə ediblər. Onların diqqətinin yayınması yekunda biliklərinin aşağı balla qiymətləndirilməsinə səbəb olub.
Digər bir araşdırma isə göstərib ki, 19-29 yaş arasında olan tələbələrin 90%-i sosial şəbəkələrdə qeydiyyatdan keçiblər. Onların tam yarısı sosial şəbəkələrə daxil olmaq üçün smartfonlardan istifadə edirlər.
Günəş





 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
10.08.2020
Tyanada 4-cü əsrə aid səkkizbucaqlı kilsə aşkarlandı
10.08.2020
Norveçdə yaşayan azərbaycanlı modelyerin kolleksiyası Antalyada təqdim olunub
10.08.2020
Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir
09.08.2020
Portuqaliya təqaüdçülərini yenidən işə çağırır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info