Bakıda “Qızıl Qran-Pri” beynəlxalq turniri keçirilir
Tarix: 26.07.2014 | Saat: 01:59:00 | E-mail | Çapa göndər


Bakıda güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 35 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparır. Proqrama əsasən, yarışın ilk günündə sərbəst güləşçilər güclərini sınayacaqlar.

Sərbəst güləş yarışlarında ölkəmizi Əhmədnəbi Qvarzatilov, Yaşar Əliyev, Mahmud Məhəmmədov (hamısı 57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Ənvərbəy Dalqatov (hamısı 65 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov, Hacımurad Ömərov (hamısı 70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), İbrahim Yusubov, Məhəmmədhacı Xatiyev, Məhəmməd Abdulxaliqov, Aleksandr Qostiyev (hamısı 86 kq), Xetaq Qazyumov, Roman Bəkirov (hər ikisi 97 kq), Əli İsayev, Aslan Dzebisov və Valera Rodriqes (hamısı 125 kq) təmsil edirlər.
İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Qadın güləşi yarışlarında 8 idmançımız mübarizə aparacaq. Heyətdə Mariya Stadnik, Kəmalə Əliyeva (hər ikisi 48 kq), Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Nadya Sementsova və Gözəl Zutova (hər ikisi 69 kq) yer alacaq. Turnirin son günündə keçiriləcək yunan-Roma güləşçilərinin yarışında Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (hamısı 59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (hamısı 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (hamısı 71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (hər ikisi 75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (hamısı 98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (hər ikisi 130 kq) mübarizə aparacaq. Azərbaycan idmançısı Mahmud Məhəmmədov (57 kq) səkkizdəbir finalda qazaxıstanlı Samat Nadirbekovu 2:0, Hacımurad Ömərov (70 kq) serbiyalı Mate Nemesi 2:0, İbrahim Yusubov (86 kq) gürcüstanlı Dzambuli Tsotadzeni 10:0, Məhəmməd Abdulxaliqov (86 kq) polşalı Patrik Dublinovskini 6:3, Məhəmmədhacı Xatiyev rusiyalı Dauren Kuruglievi 6:4 məğlub edib.
Dörddəbir finalda 86 kiloqram çəki dərəcəsində Aleksandr Qostiyev özbəkistanlı Umidjon İsmanovu 6:0, 61 kiloqram çəki dərəcəsində isə Hacı Əliyev ukraynalı Vasul Şuptarı 7:0 məğlub edib. Əli İsayev 125 kiloqram çəki dərəcəsində qırğızıstanlı Ayay Lazerevlə qarşılaşıb. Azərbaycan idmançısı rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb və dörddəbir finala yüksəlib.
65 kiloqramda isə Azərbaycan idmançısı Mahmud Məhəmmədov qırğızıstanlı Samadnadırbek Ulunova 6:2 hesabı ilə qalib gələrək dörddəbir finala çıxıb. Millimizin üzvü Xetaq Qazyumov da dörddəbir finala yüksəlib.
X.Qazyumov 97 kiloqramda amerikalı idmançı Ceykob Stiven Varneri 5:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, Ceykob Stiven Varner London Yay Olimpiadasının qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info