Şahmat yığmamız Olimpiadada
Tarix: 02.08.2014 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Bu gün Norveçin Tromse şəhərində Şahmat Olimpiadasına start veriləcək. Həm kişilərin, həm də qadınların yarışında Azərbaycan millisi də təmsil olunacaq. Komandalarımız hələ uğur qazana bilmədiyi Olimpiadaya optimal heyətlə qatılıblar.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov (2743), Teymur Rəcəbov (2724), Rauf Məmmədov (2659), Eltac Səfərli (2649) və Qədir Hüseynov (2613) rəqiblərinə güclərini göstərməyə çalışacaqlar. Onları matçlara kapitan kimi Aleksandr Halifman çıxaracaq. Qadınlar arasında isə ölkəmizin idman şərəfini Fikrət Sideyfzadənin rəhbərliyi altında Gülnar Məmmədova (2334), Zeynəb Məmmədyarova (2229), Türkan Məmmədyarova (2274), Xəyalə Abdulla (2286) və Səbinə İbrahimova (2263) qoruyacaqlar. 179 kişi və 137 qadın komandasının qüvvəsini sınayacağı möhtəşəm Oyunlarda müvafiq olaraq, Rusiya (2773) və Çin (2549) reytinq-favoritdirlər. Yığmalarımız isə 8-ci (kişilər) və 22-ci (qadınlar) yerlərdə qərarlaşıblar. Qeyd edək ki, avqustun 14-də başa çatacaq Olimpiadada qaliblər 11 turun yekununa əsasən dəqiqləşəcək. Ayın 7-də və 13-də şahmatçılar istirahət edəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu arada Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Avqust üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb. Belə ki, qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdir. Hazırda 18-ci pillədə qərarlaşan həmyerlimiz 2743 xalla cədvəldəki yerini qoruyub. Məmmədyarovdan fərqli, Teymur Rəcəbov 1 rəqibini qabaqlayaraq, 27-ci yerə yüksəlib. Təmsilçimizin 2724 xalı var. İyul ayı üçün açıqlanan siyahıda 88-ci olan Rauf Məmmədov (2659) isə 91-ci pilləyə enib. Qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info