Güləş yığmalarımız beynəlxalq yarışlara hazırlaşır
Tarix: 05.08.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Xaçmaz Olimpiya İdman Kompleksində mühüm beynəlxalq yarışlara hazırlaşan yeniyetmələrdən və böyüklərdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandaları təlim-məşq toplanışını yüksək səviyyədə başa vurur.
Böyüklərdən ibarət yığma komandamız toplanışa 22 güləşçi ilə qatılıb. Baş məşqçi Cəmşid Xeyrabadi bildirib ki, sentyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya çempionatında yığmamız 8 idmançı ilə təmsil olunacaq. Güləşçilərimizin yüksək hazırlıq keçdiyini qeyd edən məşqçi uğurlu nəticənin qazanılacağına əmindir. Avqustun 6-dək davam edəcək təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Macarıstan güləşçiləri də iştirak edirlər. Yeniyetmə yunan-Roma güləşçilərimizin təlim-məşq toplanışı da yüksək səviyyədə keçir. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında keçirilən hazırlıqda 2 çəki dərəcəsində 6 güləşçi iştirak edir. Avqustun 16-dan 28-dək Çinin Nancinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcəklər. Böyük məşqçi Nurəddin Rəcəbov güləşçilərimizin yarışa əzmlə hazırlaşdıqlarını və uzaq Şərqdən medalla qayıdacaqlarına ümid etdiyini bildirib. Dünən Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə Dünya Çempionatı start götürüb. Çempionatın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Mundialın ilk günündə Azərbaycanın dörd güləşçisi xalça üzərinə çıxıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info